«Gülənçilər»in ölkəizdəki fəaliyyətilə bağlı araşdırma
Türkiyədəki hərbi çevrilişə cəhddən sonra “Gülən camaatı” yenidən gündəmə gəlib. Türkiyənin terroçu kimi tanıdığı Fətullah Gülənin rəhbərlik etdiyi “camaat”ın Azərbaycanda da ciddi dayaqları var. Bəs “gülənçilər” Azərbaycana necə gəlib? Bir neçə il əvvəl qazeta.com saytı bu barədə maraqlı araşdırma yazısı yayımlayıb. Aktual olduğu üçün həmin araşdırmanı bəzi ixtisarlarla təqdim edirik:
Təhsillə hücum
Nurçuluq Azərbaycan təbliğatına hiss edilməyəcək tərzdə təhsil sistemindən başladılıb. Azərbaycanda Nurçuluğun özəyini “Çağ” Öyrətim Işlətmələri Məhdud Məsuliyyətli Müəssisə nəzdində fəaliyyət göstərən şirkətlər qrupu təşkil edir. Türkiyədən gəlmiş iş adamlarının “müştərək təhsil müəssisələri açmaq” təklifləri xeyli şübhələr yaradır.
Türkiyənin dünyada açılan ilk Türk Liseyi – “Naxçıvan Özəl Türk Liseyi” Azərbaycana yönəlik gözlərin 1991-ci il 18 oktyabrında burada Sovet idarə üsulunun ləğvindən, Müstəqilliyin yenidən bərpa aktı – “AR Dövlət Müstəqilliyi haqqında Konstitusiya aktı”ndan 14 gün sonra, 1 noyabrda ilk dəfə Naxçıvanda fəaliyyətə başladılar. Azərbaycana gətirilən bir çox pozuculuğun adı Heydər Əliyevlə bağlı olduğu kimi, bunun da razılıq gəlişi Əliyevlə bağlıdır.
Fəaliyyətlərini cilalamaq üçün hakim rejimin maraqlarına uyğun davranışı yaddan çıxatmayıb üsulluca müdafiə edirlər. Bu sırınmalara bir neçə misal: “Şirkətin fəaliyyətə başlaması görkəmli siyasi və ictimai xadim, Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır”, “Muxtar Respublika Parlamentinə sədrlik edərkən Türkiyə maarifçilərinin müştərək təhsil müəssisələri açmaq barədə təkliflərini qəbul etmiş…” , “Prezident Ilham Əliyevin diqqət və qayğısını daima hiss edən Universitet kollektivi”, “Azərbaycanda elm və təhsilə daima himayədarlıq etmiş Heydər Əliyevin şəxsi göstərişi ilə” , “Universitet Elmi Şurasının qərarı ilə ümummilli lider Heydər Əliyevin adına təsis olunmuş xüsusi təqaüd və digər təqaüdlər” və b.
Ilk yerləşməyə Naxçıxan (“Naxçıvan Özəl Türk Kolleci” adıyla. 1 dekabr, 1991), Bakı və Sumqayıt şəhərlərində başlamışlar.
Azərbaycan-Türkiyə Özəl Ümumtəhsil Müəssisələri (“Çağ” Öyrətim Şirkətinin layihələrindən);
“Araz” Hazırlıq Kursları – Zaqatala, Qax, Şəki, Gəncə, Mingəçevir, Şamaxı, Şirvan, Lənkəran, Sumqayıt, Bakı (Bakıda əsas korpus, Nəsimi rayonunda), Xətai, Sabunçu (Bakıxanov qəsəbəsində).
Bakının Nizami rayonunda da fəaliyyət göstərirlər, Bərdə rayonunda isə kursun aşılış işləri gedir.
Azərbaycan Türkiyə Özəl Türk Liseyləri – Şəki, Mingəçevir, Gəncə, Ağdaş, Quba, Şirvan, Lənkəran, Sumqayıt, Bakı.
“Zaman” Öyrətim Şirkəti nəzdində Naxçıvan Türk Liseyləri – Naxçıvan Türk Liseyi, Ordubad Qız Liseyi, Ak. Əhməd Mahmudov adına Şərur Türk Liseyi. Naxçıvandakı təhsil müəssisələrinin adı qeyri-dövri və virtual nəşr prospektlərində əksər hallarda göstərilmir.
Bakı Özəl Türk Liseyinin regional filialları – Mingəçevir filialı, Ağdaş filialı, Quba filialı, Şirvan filialı, Lənkəran filialı, Bakı Özəl Türk Liseyi “Dədə Qorqud” filial (Bakı şəhərində).
Öz məlumatlarına görə, hər il liseylərinə orta hesabla 8-10 min şagird müraciət edir.
“Qafqaz” Azərbaycan-Türkiyə Özəl Gimnaziyası – I-XI sinif şagirdlərini əhatə edir. Azərbaycan Respublikasının təhsil standartları əsasında aparılır.
“Qafqaz” Ilköğretim Okulu (ibtidai təhsil məktəbi) – I-VIII sinif şagirdlərini əhatə edir. Məktəbə Türkiyə Cümhuriyyəti vətəndaşlarının uşaqları qəbul edilir və təlim-tərbiyə işi Türkiyə Cümhuriyyətinin təhsil standartları əsasında aparılır.
Şagirdlərə yay tətilində müxtəlif müddətli istirahət düşərgəsi, Ingiltərədə və ABŞ-da dil kursları təşkil edilməsi bu qədər maliyyələrinin olmasına şaşqınlıq yaradır!
Diqqət yetirsəz görəcəksiz, bölgələr üzrə paylanmada sünnilik faktoru əsas götürülüb.
“Araz” Hazırlıq Kurslarında real vəziyyət
Oğlanlar üçün qruplara “abi”lər, qızlar üçün qruplara “abla”lar başçılq və nəzarət edir. Abilər “Çağ”ın yeni vaxtlarında Türkiyədən gətirilirdi, şirkət püxtələşmə mərhələsin adlaynadan sonra, artıq “yerli kadrlardan” seçilməyə başladı. Az qala hərbi recim xarakterli kurs və yataqxanalarında şəriət qaydaları əsasında yaşam tədbiq edilir. Məsələn, çörəyi sağ əl ilə kəsmək, “Sinikers” şokoladı yeməmək.
Abituriyentlər “Zaman-AZƏR” MMC firmasının nəşr məhsulları və dini ədəbiyyatla pulsuz təmin edilir.
Abituriyentləri şirnikləndirmək, abilərin tapşırıqlarını, buyruqlarını yerinə yetirmələrinə mənəvi borc yaratmaq üçün abilər abituriyentlərin bufet xərclərini öz istəklərindən gələn hal kimi ödəyirlər. Naşı abilər abituriyentlərə təpinsələr, vursalar belə “tələbələrin” onların üzünə ağ olmağa, çəmkirməyə mənəvi haqları çatmır. Abilər özləri də rəhbərliyə hesabat verirlər.
“Araz” Hazırlıq Kurslarında təhsil alan abituriyentlərdən kursda “yaxşı oxuyanlar”, dini təsirə düşənlər (“Nur Tələbələri”) – namaz qılmağı öyrənən, şəriət buyruqlarına əmal edənlər müəyyən vaxtdan sonra xüsusi evlərə – “Nur evləri”nə yerləşdirilir. Burada mədrəsə tipli molla təhsili verilir.
“Nur evləri”nin birinci məqsədi sosial baza – insan qaynağı qazanmaq və yeni təsirə düşənlərin beyninə Camaatın təlimlərini yeritməkdir.
Nikah məsələsi də önəmli sayılır. Öz şəbəkələri daxilində ailə həyatı qurmaları üstünlük yaradır. Bu, nəzarətçi müəllimlər – “abi” və “abla”lara da aiddir.
Kursun adının hallanmaması üçün polisə girşmirlər. Hətta kursu bitirib təhsil haqqını ödəməyən məzunları belə polisə şikayət etmirlər.
Kursun məzunlarından 400-dən, 500-dən, 600-dən çox bal toplayanlar Qafqaz Universitetin ixtisaslarını seçməyə təhrik edilir. 100-dən, 200-dən aşağı və bundan yuxarı bal toplayanlara isə Bakı Islam Universitetinin Zaqatala filialı, AMI-nin Şəki filalını və BDU-nun “Dinşünaslıq” fakultəsini seçim tapşırılır.
Bakıda “Damla”, Sumqayıtda Nizami Gəncəvi adına tələbə yataqxanaları (nurçu yurdları) fəaliyyət göstərir.
Azərbaycan yayınları və əhatəsi
Azərbaycanda “Zaman-AZƏR” MMC firması, “Zaman Azərbaycan” qəzeti, “Ailəm” jurnalı mətbu orqanları, “Quba ”Nur” Studiyası”, quzey zonasını əhatə edən “Nurlu Sabah” Uşaq-Gənclər təşkilatı (Quba r.), “Araz” Hazırlıq Kursları, “Araz” Yayınları MMC, “Araz” dərgiləri, dərsliklər, test bankları, Qafqaz Universiteti, tələbə yataqxanaları, Türkiyə Işbirliyi və Kalkınma Idarəsinin Azərbaycan üzrə Koordinatorluğu, Azərbaycanda yayımı dayandırılan “STV” (Azərbaycandakı mərkəzində həmin baza əsasında “Xəzər” TV təsis edildi) və d. şəbəkənin əhatəsinə aiddir. Qafqaz Universitetinin əməkdaşlıq siyahısını əsasən Türkiyə iş adamlarının təsis etdiyi şirkətlər təşkil edir.
Işin yayıcılığını stimullaşdırmaq üçün adların seçilməsində hərəkətdə olmağı bildirən əlamətlərə, nəsnələrə önəm verilir.
Mətbu orqanlarında məhsulun tirajının göstərilməməsi müəssisədaxili sirr kimi saxlanılır.Təhsil müəssisələrinin yerləşdiyi bölgələrdə mətbu orqanlarının təmsilçilikləri təşkil olunub. Təhsil müəssisələrini mətbu orqanlarla pulsus təmin edirlər.
6-11-ci sinif şagirdlərini qəbul edən liseylərdə oxuyanlara və hazırlıq kurslarında 2-3 il hazırlaşanlara daha ciddi yanaşılır.
Yenicə formalaşan xam beyinlərə təsirdən, beyinlərə hakim olub oturuşandan sonra isə dövlətin total işğalına lap az qalır.
Bu sadalan faktlar işin bəlli olan, bilinən tərəfləridir. Dövlət baba “Çağ” Öyrətim Işlətmələrinin müqaviləsinə yenidən əl gəzdirməli və ya “Çağ”ın hüquqlarını məhdudlaşdırmalıdır”.
Türkiyə DIN-nin açıqladığı siyahı
Bir neçə il əvvəl isə məlum olub ki, Fətullah Gülən ABŞ siyasi dairələrini də aldadıb. “USA Today” qəzeti yazıb ki, Gülən qrupunun Konqresə təqdim etdiyi sənədlərin saxtadır.
Bildirilib ki, sənəddə Gülən dərnəklərinin təşkil etdiyi səfərlərə 33 min dollar xərcləndiyi göstərilib. 2011-ci ildə keçirilən həmin tədbirlərdə 3 Konqres üzvü və 7 köməkçisi iştirak edib.
Gülənin problemi də elə bu görüşlərə reallıqda xərclənən vəsait üzə çıxanda yaranıb. “USA Today” araşdırmalar apardığını və həmin rəqəmin 33 deyil, 54 min dollar olduğunu qeyd edib. Buna görə, Fəthullah Gülən ABŞ federal qanunlarını pozaraq cinayət törətməkdə günahlandırılır.
“USA Today” araşdırmaları Gülən dərnəklərinin missiyasının da tamam fərqli olduğunu bildirib. Bu dərnəklər ABŞ Daxili Gəlir Xidmətinə (Internal Revenue Service – IRS) özlərini mənfəət güdməyən və xeyriyyə qurumları kimi təqdim etsə də, qəzet apardığı araşdırmalara əsaslanaraq bunun yalan olduğunu bildirib.
Misal olaraq isə 2008-ci ildən etibarən Konqres üzvləri və köməkçilərinin Türkiyə və Azərbaycana təşkil etdiyi görüşləri göstərir. Həmin müddət ərzində bu iki ölkəyə 200-dən çox səfər təşkil edilsə də, dərnəklər IRS-ə təqdim etdiyi sənədlərdə onlara xərclənən vəsaiti göstərməyiblər.
Gülən qrupunun təqdim etdiyi sənədlərdə dərnəklərin təşkil etdiyi səfərlərə 800 min dollar xərcləndiyi göstərilir. Lakin “USA Today” həmin rəqəmin milyonlarla dollar ola biləcəyini qeyd edib.