Bərdədə nurçu Vidadi Bəylərov icra başçısı olmaq istəyir. Bu barədə məlumatlı mənbə bildirib. Töhmətlə vəzifədən azad edilən “ Bakuş” ləqəbli Vidadi Bəylərov Bərdədə icra başçısına "müharibə" elan edib. Redaksiyaya Tərtər rayon İcra Hakimiyyəti başçısının keçmiş birinci müavini Vidadi Bəylərov haqqında şok məlumatlar daxil olub. Daxil olan məlumatlarda bildirilir ki, Vidadi Bəylərov illərdi Fətullahçıların bir nömrəli adamı kimi işlədiyi yerlərdə ölkəmizə qarşı anti-təbliqçi olmuş və bununlada milyonlarla qazanc əldə edtmişdir. Rayondakı qaynağımızın bildirdiyinə görə NURÇU olan bu şəxs dəfələrlə Fətullah Gülənin adamları ilə görüşüb, onların sahib olduğu banklardan fəaliyyətin genişləndirmək üçün yüz minlərlə dollar alıb. Pula və Amerkadakı adamlarına güvənən Vidadi Bəylərov elə qanunsuz əməllərinə görə isdən azad edilsədə çox geçmədən ona Azərbaycandakı NURÇU böyükləri tərəfindən vəzifə verilir. Vidadi Bəylərovun olkə qanunlarına riayyət etməməsi oğlundan da kənar keçməyib. Beləki, “2013 -cü ilin mart ayının 17- də, saat 20:40-da Tərtər rayonunun Buruc kənd ərazisində dəhsətli yol qəzası baş vermiş, rayon sakini Ramil Azər oğlu Quliyevin idarə etdiyi " Hunday Azera" markalı Az 50 -CG -068 nömrə nişanlı avtomaşın aşıb və nəticədə sürücü xəsarət alaraq dünyasını dəyisib. Bu qəzanı törədən isə Tərtər rayon İcra hakimiyyəti başçısının birinci müavini işləymiş" Bakuş" ləqəbli Vidadi Bəylərovun oğlu Elxan Bəylərli olmuşdur ki, həmin zaman “avtoşluq” etmişdir. Qəzanın baş verməsi haqqında məlumat Daxili islər nazirliyi tərəfindən qeydə alınmışdır. Bundan sonra Vidadi Bəylərov oğlunun cinayətdən uzaqlşdırılıması üçün bəhanələr gətirərək oğlunun günühı olmadığını sübut etməyə çalışdığını deyən mənbə, Vidadi Bəylərovun qanunsuz əməllərin bununla bitmədiyini bildirir.Azerinews.tv-yə daxil olan digər məlumatlarda isə bildirilir ki, qanunsuz əməllərinə görə işdən azad edilən Vidadi Bəylərov may ayının əvvəlindən Bərdə səhəri ərazisində, bu yaxınlarda istifadəyə verilməsi nəzərdə tutllmus ulu ondərimiz Heydər Əliyevin xatirəsinə inşa edilmis Xiyabana rəhbər təyin ediməsi onun üçün qənaətbəxş sayılmır. Çünki, daxil olan məlumatda deyilir ki, Vidadi Bəylərovun Bərdə rayon icra hakimiyyətinin rəhbəri vəzifgəsinə çox iddialıdı. Elə bu səbəbdən də kiçik qardaşı (icra başçısının köməkçisi) Zaur Bəylərovla əlbir olub rayonun rəhbəri Vidadi İsayevə torba tikməklə məşğuldur. Daxil olan məlumatda deyilir ki, Bəylərovların tapşırığı ilə rayonda olan NURÇU (Bəylərovların tərəfdarları) quvvələr bilərəkdən narazılıqlar yaradır-narazı adamları ayağa qaldırır, sosial problemləri qabardır və bunuda mediaya ötürürlər. Əlbəttdəki Vidadi İsatyevin əleyhinə olan bu məsələlər onun vəzifədən getməsinə nizamlanıb ki, Vidadi Bəylərov Bərdə rayonuna icra başçısı gəlsin. Bu səbəbdən də Bəylərovların bütün güclərini səfərbər etməsi Bərdə rayonunda dillər əzbəri olunduğu bildirilir.Qarşı tərəfin də mövqeyni dinləməyə hazırıq.
/azerbaycaninfo.com/