Eynulla Fətullayev cəbhəçilərə "quduz it" dedi, Ayaz Mütəllibov 1992-ci ildə bu nadan siyasi kütləni quduz itləri kimi güllələsəydi... - FACEBOOK STATUSU

13-09-2016, 05:08   



Tanınmış jurnalist Eynulla Fətullayev özünün facebook hesabında AXCP sədri Əli Kərimli və onun tərəfdarlarına həsr etdiyi statusda ilginc iddia ilə çıxış edib. Savash.org bildirir ki, cəbhəçilərə quduz it deməkdən belə çəkinməyən Eynulla Fətullayev bütün günahların Ayaz Mütəllibovda olduğunu yazıb. Həmin statusu olduğu kimi təqdim edirik:

"Deməli neçə gündür, Əli Kərimli və digər Murdar Cəbhənin virusları ünvanıma burada təhqirlər yağdırır. Halbuki, mən bu qaraguruhla siyasi polemika aparıram. Amma cavabında söyüş, təhqir, alçaq ifadələr eşidirəm. Bu siyasi cinah öz murdar mahiyyətini ortaya qoyur. Məncə, günahkar Ayaz Mütəlibovdur. 1992-ci ildə bu nadan siyasi kütləni quduz itləri kimi güllələsəydi, Azərbaycan siyasətindən belə üfunət gəlməzdi... Bu alçaqları Azərbaycan siyasətindən təmamilə silmək lazımdır! Suriyada müharibə alovunu da bu cür vəhşi kütlə törətdi. Bu murdar kütləyə tarixdə 2-ci şans verilməməlidir.Vəhşi siyasi qüvvəni hakimiyyətə buraxmaq olmaz!!!"
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.