Azərbaycanlı İŞİD-çilər Türkiyədə yaxalandı

19-09-2016, 10:48   

İstanbulun Fateh bölgəsində anti-terror əməliyyatı keçirilib.

Axar.az xəbər verir ki, İŞİD-çilərin olduğu ehtimal edilən 23 ünvana eyni vaxtda basqın edilib.

Əməliyyat zamanı Azərbaycan, İran, İraq və Əfqanıstan vətəndaşları olmaqla 40 terrorçu yaxalanıb.

Ünvanlarda aparılan axtarış zamanı İŞİD-ə məxsus xeyli sənəd və elektron əşyalar ələ keçirilib.

Türkiyə polisi şübhəlilərdən bəzilərinin Suriyada döyüşlərdə iştirak etdiyini müəyyən edib.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.