"Sentyabrın 14-də Bakıda KFC restoranlar şəbəkəsinə məxsus kafedə zəhərlənən 3 azyaşlı uşaqlardan birndən götürülən nümunədə sağlamlığa zərrəli bakteriyalar aşkarlanıb".
BiG.AZ xəbər verir ki, bu barədə sonxeber.az-a açıqlamasında Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Qidalanma Gigiyenası Bölməsinin müdiri İmran Abdullayev deyib.
Onun sözlərinə görə, sentyabrın 14-də uşaqlar zəhərlənmə diaqnozu ilə xəstəxanaya gətirildikdən sonra onlara ilkin yardım göstərilib. Həmin gün uşaqların səhhətində ciddi problem olmadığından evə buraxılıblar. Lakin, axşam hər 3 uşağın vəziyyəti pisləşib. Sentyabrın 15-i səhər saatlarında uşaqlar təcili tibbi yardımla xəstəxanaya aparılıblar. Valideynlərin bizə bildirdiyinə görə uşaqlar hal-hazırda xəstəxanadadırlar".
İ.Abdullayev bildirib ki, uşaqların valideynləri şikayətçi olduğu halda qanunvericilik üzrə nəticələr Ədliyyə Nazirliyinə təqdim ediləcək. Adı çəkilən nazirlikdən icazə alındıqdan sonra İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən KFC-də yoxlama aparılacaq.
"Hazırda proseslə bağlı araşdırmalar davam edir. Yoxlama aparılması üçün valideynlər şikayətçi olmalıdırlar". SN rəsmisi əlavə edib.
Qeyd edək ki, sentyabrın 14-də Bakıda KFC restoranlar şəbəkəsinə məxsus kafedə 3 azyaşlı uşaq zəhərlənib. Bu barədə mediaya uşaqların valideynləri məlumat veriblər. Onlar bildirirlər ki, sentyabrın 14-də günorta saatlarında uşaqları "28 May" metrosu yaxınlığında yerləşən KFC-də yemək yeyiblər.
Xatırladaq ki, teleqraf.com saytı KFC şəbəkəsinin baş ofisi ilə əlaqə saxlayıb. Şirkətdən bildirilib ki, uşaqların KFC-dəki qidadan zəhərlənmələri ilə bağlı məlumatlıdırlar: "Zəhərlənmə xəbəri düzdür, amma bu barədə əlavə məlumat verə bilmərik. Yaxın vaxtda açıqlama yayacağıq".
AFN.az saytı KFC-dəki olayı araşdırarkən dünyada tanınan bu şəbəkənin Azərbaycana Ziya Məmmədovun oğlu Anar Məmmədovun "Qarant Holdinq"inə məxsus olan AFK şirkətin gətirdiyini aşkarlayıb.