Müsavatçı gəncin ailəsı polis idarəsinə aparıldı

26-09-2016, 17:14   
Əldə etdiymiz məlumata görə, hal hazırda Fransada siyasi mühacirətda olan Müsavat fəalinin Bakıdakı ailə üzvüləri Bakı şəhər baş polis idarəsinə aparılaraq 3 saata yaxın sorğu sual edilmişdir. Beləki dünən BŞBPİ əməkdaşları Azər Osmanovun anası və qardaşının Bakı şəhəri Xocahəsən qəsəbəsi Həmid Sultanov küçəsi ev 10 ünvanına gələrək Onun anası Osmanova Mayagülü və Osmanov Ayazı polis idarəsinə aparmışlar.
Məsələylə bağlı Azər bəyin anası Mayagül xanımla əlaqə saxlayaraq onların nə üçüç polis idarəsinə aparılamasını öyrənməyə çalışmaq istədik, ancaq Mayagül xanımın polis idarəsində aldığı təhidlrdən dolayı şəkərinin yuksək olduğundan onunla bir polis idarəsinə aparılan oğlu Ayaz Osmanovla danışa bildik. Ayaz Osmanovun bizə bildirdyinə görə onların polis idarəsinə aparılmasına səbəb, qardaşı Azər Osmanovun Fransansada “saxta referenduma yox”, “siyasi məhbuslara azadliq” və Azərbaycan hökuməti əleyhinə təbliğat aparması olmuşdur. Ayaz bəyin bildirdiyinə görə polis idarəsində polis mayoru Zakir Həsənov adinda zabit onları təhdid edərək "əgər oğlunuzu Azərbaycana gətizdirməsəniz sizin özünüzü həbs edəcəyik" deyərək onlara hədə qorxu gəlmişdir.
Xatırladaq ki, Azər Osmanov 24 sentiyabr 2016 Fransada keçrilən aksiyanin təşkilatçılarından olmaqla yanaşı aksiyadan öncə də aksiyanı sosial mediada ciddi şəkildə təbliğat etmişdir.
P.S. BŞBPİ-dən məsələ ilə bağlı münasibət öyrənmək cəhdlərimiz baş tutmadı.
Əkrəm Məmmədli
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.