Bakının Sabunçu rayonunda qətl hadisəsi baş verib.
ARB TV xəbər verir ki, hadisə Sabunçu rayonunun Pirşağı qəsəbəsində qeydə alınıb.
Ağdam rayonundan məcburi köçkün düşən və qəsəbədə məskunlaşan 21 yaşlı Nurlan Quliyev mübahisə etmək üçün dayısı oğlu 24 yaşlı Mahir Quliyevi qəsəbədə yerləşən körpünün yaxınlığına çağırıb. Buna Mahirin bir həftə əvvəl evlənmək məqsədi ilə Nurlanın bacısını qaçırması səbəb olub. Qohumlar orada söz davasına çıxıblar. Sonda özünü ələ ala bilməyən 21 yaşlı gənc Mahir Quliyevə ürək nahiyəsindən bıçaqla zərbə endirib və onu körpünün üzərindən aşağı yamaca doğru atıb. Mahir orada dünyasını dəyişib.
Nurlan isə könüllü şəkildə polisə təslim olub.
[media=https://www.youtube.com/watch?v=tQj82lYBxq4]