Sentyabrın 28-də, Sumqayıtda yağışda 5-ci mərtəbədən yıxılmış iki fəhlədən biri xəstəxanada keçinib, o biri reanimasiyada yatır. Cumhuriyyet.az Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytına istinadən xəbər verir ki, Sumqayıt şəhəri ərazisində Ağsu rayon sakini İsmət Musayev və Ağcabədi rayon sakini Murad Əliyev fəhlə işlədikləri evin damında təmir işləri apararkən (beşmərtəbəli binadan) yıxılıblar. İ.Musayev hadisə yerində ölüb. Araşdırma aparılır.
Rəsmi məlumatdan əlavə olayla bağlı heç bir xəbər verilmir. Fəhlələrin hansı şirkət tərəfindən və hansı işə cəlb olunduğu haqda da məlumat yoxdur. Xatırladaq ki, Sumqayıt şəhərində çoxmənzilli binaların dam örtüklərinin dəyişdirilməsi ilə bağlı ölkə rəhbərinin əlavə tədbirlər haqqında sərəncamı olmuşdu və bununla bağlı büdcədən xeyli miqdarda vəsait ayrılmışdı. Cumhuriyyet.az mediada yer alan iddiaları xatırladaraq bildirir ki, bu işlərin görülməsi üçün məsul şəxs Sumqayıt şəhər icra başçısının müavini Akif Quliyev olmuşdur. Hətta bununla bağlı yayılan və rəsmən təkzib olunmayan məlimatlarda şəhər rəhbərinin müavinin işindən narazı olduğu, bu işlərə müəmmalı şirkətlərin cəlb olunmasına etiraz etdiyi bildirilirdi. İndiki halda da fəhlələrin dam işlərini görməsi zamanı təhlükəsizlik qaydalarına əməl olunmamasında müavinin məsuliyyəti olmamış deyil. Bu istiqamətdə araşdırmalarımız davam edəcək.
Bizi izləyin…[media=https://www.youtube.com/watch?v=DWZd_g1dNms]