Lənkəranda 20-ə yaxın dindar həbs edilib.
Həbslər dünən axşam saatlarından başlayıb. Bir neçə inanclı isə bu gün səhər saatlarında saxlanılıb. Artıq onlardan dörd nəfərinə inzibati qaydada 15 sutka həbs cəzası verilib. Yaxınlarının verdiyi məlumata görə, dindarların həbsi, qarşıdan gələn Aşura günü ilə bağlıdır. Onlar bildirir ki, polis bu yolla, dindarların Aşura mərasimini əngəlləməyə çalışır.