Polisin rüşvət tələbinə etiraz olaraq özünü yandıran Qarabağ əlili -Mən belə Dövlətdə necə yaşayım-VİDEO

7-10-2016, 08:26   


Qarabağ əlili Cəmil Məmmədov oktyabrın 6-da benzin tökərək özünü yandırıb. O, 5 saylı xəstəxananın yanıq şöbəsindədir. Yaxınlarının sözlərinə görə, bədəninin 80 faizi yanıb. Həkimlər vəziyyətinin ağır olduğunu bildirib.

Anası Səlimə Məmmədova deyir ki, oğlunun maşınını cərimə meydançasına aparılıb. Cərimələrinin silinməsi üçün ondan yüksək məbləğdə rüşvət istəyiblər:

"Pul istəyiblər. Oğlum verə bilməyəcəyini deyəndən sonra təhqir ediblər. Özünü yandıranda heç kim köməyə gəlməyib".
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.