Türkiyə mediası Lənkəranski barədə BÜTÜN GİZLİNLƏRİ AÇDI: “Hayalet” adamı...

10-10-2016, 09:03   


Türkiyənin "Sabah” qəzeti bugünkü buraxılışında azərbaycanlı avtoritet Rövşən Lənkəranskinin qətlə yetirilməsi ilə bağlı geniş yazı dərc edib.
Publika.az xəbər verir ki, yazıda Lənkəranski ilə bağlı maraqlı faktlar yer alıb. O, yazını təqdim edirik:
Məqalədə qeyd edilir ki, beynəlxalq mafiya hesablaşmasının son sui-qəsdi İstanbulda baş verdi. Öldürülməsi üçün başına 5 milyon dolar mükafat qoyulan “Hayalet” adlı azərbaycanlı “qanuni oğru” Rövşən Caniyev 2013-cü ildə İstanbulda işlənən və təşkilatçısı olaraq göstərildiyi bir qəsdin üçüncü il dönümündə atəşə tuş gələrək avtomobilində qətlə yetirildi. İstanbul polisi faktla bağlı istintaqa başlayıb.
2013-cü ildə lüks bir villanın hovuzunda baş vermiş sirli cinayətin qatili olaraq axtarılan iki şübhəlidən birinin qətlə yetirilməzdən öncə Caniyevin yanında olduqları ortaya çıxdı. Faktla bağlı iki şübhəli yaxalandı. Canıyevin qətlinin tarixi cinayətin intiqamı olduğu üzərində köklənən istintaq orqanları hazırda üç ildə baş vermiş qətllərin şifrələrini çözməyə çalışır.
Rövşən Lənkəranskinin öldürüldüyü cinayət yerinə gələn polislər Cumhuriyyət Prokurorluğuna məlumat vermək üçün cəsədin üzərində tapdıqları sənəddə onun adı Rövşən Əliyev kimi qeyd edilmişdi. Fəqət sənəd saxta idi. O, beş güllə ilə öldürülən Azərbaycan vətəndaşı idi. Həm də tanınmasını istəməyən bir adam idi. Qısa müddətdə cəsədin gerçək kimliyi ortaya çıxdı: Rövşən Canıyev...
41 yaşlı Caniyev Azərbaycan, Ukrayna və Rusiyada “Hayalet” ləqəbli ilə tanınan və mafiya qrupları ilə çox yaxın əlaqələrə malik rəhbər idi. O, ilk cinayətini 1996-cı ilində işləmişdi. Öldürülməsi üçün 5 milyon dollar mükafat qoyulan, İnterpol (Beynəlxalq Polis Təşkilatı) tərəfindən axtarılan “qanuni oğru”nun ləqəbi, dünyaya gəldiyi Azərbaycanın Lənkəran şəhərinin adından götürülmüş Lənkəranski idi.
Son illər “Hayalet” kodu adıyla tanınan, gizli “CV”-sində atasının qatilini məhkəmə salonunda öldürən adam yazan Canıyev 2001-ci ildə sərbəst buraxıldıqdan sonra onun adı çoxlu sayda cinayət və sui-qəsddə hallandırılırdı. Öldürülməsindən bir həftə öncə Türkiyəyə gizli yolla gəldiyi sübut edildi.
Polis kamera qeydlərini müşahidə etdi. Gecənin qaranlığında yoxa çıxan sui-qəsdçilərin izinə düşən İstanbul polisi müəyyən etdi ki, sui-qəsdi həyata keçirdikdən sonra olay yerinə gəldikləri avtomobili tərk edərək cinayət yerindən maşınsız qaçan üç killer avtomobili Antalyadan kirayələyib. Kirayə götürülən avtomobilin kimə məxsus olduğunu araşdıran 3 nəfərlik polis qrupu qaçan sui-qəsdçilərin kimliklərini müəyyənləşdirmək və izlərinə düşmək üçün vaxt itirmədən Antalyaya göndərildi.
Bu arada, istintaq başqa faktları da araşdırıb. Məsələ burasındadır ki, 2013-cü ilin yanvar ayında kürd mafiya lideri “Ded Hasan” ləqəbli Aslan Usoyanın Rusiya paytaxtı Moskovadakı restoranlardan birinin önündə öldürülməsi hadisəsi də bu cinayətlə bağlı ola bilər. Çünki bu hadisədə Rövşən Caniyev müqəssir bilinirdi.
“Ded Hasan” qrupunun Rövşen Caniyevi öldürməsi üçün 12 killer tutduğu iddia edilirdi. Öldürülməsi üçün Caniyevin başına 5 milyon dollar pul mükafatı qoyan da “Ded Hasan” qrupu idi.
Əvvəlcə Rövşən Caniyevin adamları onun haqqında 2013-cü ildə "Türkiyədə öldürüldü” şayiəsini yaydılar. Caniyev artıq “Hayalet” kodu adı ilə yada salınırdı. Və saxta sənədlə gizlənirdi.
Bununla yanaşı, İstanbulda altı silahlı şəxs Caniyevin məhbəs dostu, azəri iş adamı Əli Həmidova da hücum edib onu güllələmişdilər. Bu hadisədə də Caniyevin adı hallanırdı.
İddialara görə, Caniyev keçmişdə birlikdə qumarxana işlətdiyi və borclarını ödəməyərək böyük miqdarda faiz borcu ilə Türkiyəyə qaçan Əli Həmidovun izini Cəfər adlı keçmiş MTN-çinin yardımı ilə Türkiyədə tapıb. Və 2013-cü ildə yenə onun köməyi ilə keçmiş şərikini qətlə yetirib.
“Ded Hasan” və Həmidovun sirr dolu qətllərinin ortaq nöqtələrindən biri, eyni şəxsin cinayətlərdə əlbir olmasıdır. Bu şəxsin “qanuni oğru” Rövşən Caniyev olduğu iddia edilir. Polisdə Caniyevin 2013-cü ildə öldürülən Əli Həmidov cinayətinin intiqamı üçün qətlə yetirilməsinə dair şübhələr var. O tapıntılardan biri, cinayətlərin tarixləridir – Caniyev Əli Həmidovun ölümünün üçüncü ildönümündə - avqustun 18-də qətlə yetirilməsidir.
Bununla yanaşı, Caniyevin istifadə etdiyi avtomobilin sahibinin Əli Həmidovun ölüm işinə görə axtarılan şəxslərdən biri olduğu üzə çıxdı. Beləcə, Caniyevin 3 il əvvəl öldürülən Əli Həmidovun intiqamı üçün Həmidovun adamları tərəfindən öldürülməsi ehtimalının da fakt olması araşdırıldı.
Cinayətkar qrup Rövşən Caniyevin Türkiyəyə gəlişindən 1 ay əvvəl qardaş ölkəyə gəliblər. Onlar sui-qəsddən 1 həftə öncə “Köstəbək” ləqəbli şəxsdən Rövşən Caniyevin Türkiyəyə gələcəyi barədə məlumat əldə ediblər. İlk olaraq Antalyaya gedən sui-qəsdçilər orada kirayə götürdükləri bir avtomobillə İstanbula gəlib. Avtomobilə saxta dövlət nömrə nişanı taxan silahlı qatillər qətli gerçəkləşdirdikdən sonra qaçıblar.
Qeyd edək ki, hazırda faktla bağlı istintaq davam edir.
Anar Tağıyev
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.