Bakıda dəhşətli intihar hadisəsi baş verib. Lent.az-ın məlumatına görə, Bakı Ali Neft Məktəbinin 4-cü kurs tələbəsi, Gəncə şəhər sakini Abbasov Maarif Hüseyn oğlu özünü Nizami rayonu ərazisində yerləşən tələbə yataqxanasının 11-ci mərtəbəsindən atıb. O, hadisə yerindəcə keçinib.
Qeyd edək ki, M.Abbasov 4-cü kurs tələbəsi olub, o ali məktəbə qəbul olarkən 670 bal toplayıb.