Sabirabadda məktəbliləri aparan avtobus qəza keçirməsi nəticəsində 11 yaşlı məktəbli dünyasını dəyişib.
ARB TV xəbər verir ki, Hacıqabul-Bəhrəmtəpə magistralında, Sabirabad rayonunun Bulaqlı kəndi ərazisində məktəbliləri aparan avtobus yük avtomobili ilə toqquşub.
Nəticədə 11 yaşlı Vüsal Həsənov dünyasını dəyişib, xəsarət alanlar var. 11 yaşlı Rəşad Həsənov, 16 yaşlı Şəmsiyyə Həziyeva, 17 yaşlı İlham Həziyev, 9 yaşlı Ağamirzə Ağayev, 12 yaşlı Vüsal Əliyev, 36 yaşlı Aybəniz Şirməmmədova, 14 yaşlı Rəhman Mirzəyev, 52 yaşlı Vahid Balakişiyev, 11 yaşlı Rüfət Mehdiyev xəstəxanaya aparılıblar. Onlardan üç nəfərinə ambulator yardım göstərilib, daha 3 nəfərsə vəziyyəti ağır olduğundan paytaxtdakı tibb müəssisələrinə göndərilib.