Nizami məqbərəsinin mühafizəsinin təşkili və bəzi xərclərin qarşılanması üçün giriş pullu edilib
Gəncədə dahi Azərbaycan şairi Nizami Gəncəvinin məqbərəsinə giriş pullu olub. JAM.AZ sosial şəbəkələrədə yayılmış məlumatlara istinadən xəbər verir ki, bu yaxınlarda Gəncəyə səfər etmiş şəxslərdən biri qeyd edib ki, məqbərəyə giriş zamanı polislər ondan 1 manat alıblar.
Belə ki, girişin pulsuz olduğu məkana pul alınaraq insanları burxamağın qanunsuz olduğu polisin diqqətinə çatdırılsa da, o, bunun artıq qayda olduğunu deyib. Polis əməkdaşı bildirib ki, xaricilər üçün giriş haqqı 2 manat, yerlilər üçün isə bu rəqəm 1 manatdır.
Məlumatda o da deyilir ki, belə bir göstəriş Gəncə şəhər İcra Hakimiyyətindən verilib. Bunu məqbərənin mühafizəsinin təşkili və bəzi xərclərinin qarşılanması məqsədi güddüyü deyilir. Bunun inandırıcı olmadığı isə dəqiqdir. Çünki Nizaminin məqbərəsi Mədəniyyət Və Turizm Nazirliyinin balansındadır və nazirlik onun bütün xərclərini çəkir. Ola bilər ki, bu fikri ortaya atmaqla girişin pullu edilməsi məsələsini ört-basdır etmək istəyirlər.