Rafil Hüseynov Lerikin Mamazqan kəndində özünə yurd salır
Masallının icra başçısı Rafil Hüseynov Lerikin Mamazqan kəndinəd özünə taxtadan ev tikdirir. JAM.AZ-a məlumat verən kənd sakinlərindən biri bildirib ki, hazırda taxta evini tikintisi işləri sürətlə aparılır. Buna səbəb isə yayın ortalarına kimi evin tikintisinin bitməsi və orada istirahət edilməsinin təşkilini tezləşdirməkdir.
Məlumatda qeyd olunur ki, həmin tikinti işlərinin xərcinə gəldikdə isə bunun yerli idarə və müəssisələrin hesabına edildiyi deyilir. İşin ən pis tərəfi odur ki, həmin evin inşasında istifadə olunan ğaclar yerli meşələrdən kəsilir. Mamazqan kəndinin camaatı isə bununla bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət etmək fikrindədirlər.