"Ölən qızının ad günü imiş, qəbiristanlıqdan gəldi, özünü asdı" - Bərdədə FACİƏ

13-10-2016, 15:40   


Bərdə rayonunda 88 yaşlı Eyvaz Cəbiyevin intiharının bəzi təfərrüatları məlum olub.

BiG.AZ-ın məlumatına görə, Bərdə rayon Şirvanlı kənd bələdiyyəsinin sədri İldırım Quliyev aznews.az-a açıqlamasında bildirib ki, E.Cəbiyev kənd qəbiristanlığından qayıdandan sonra özünü öldürüb:

"Ağsaqqal xeyrə-şərə gedən adam idi. İki il idi ki, həyat yoldaşını itirmişdi. Ondan sonra da cavan qızını itirdi. Bu itkilərə isə dözə bimirdi. Oktyabrın 12-də ölən qızının ad günü olub. Səhər tezdən durub qızının ziyarətinə yollanıb. Qəbiristanlıqdan qayıdandan sonra isə özünü öldürüb”.

Qeyd edək ki, Bərdə rayonu Şirvanlı kənd sakini Eyvaz Cəbiyev özünü yaşadığı evin həyətindəki ağacdan asaraq intihar edib. Faktla bağlı Bərdə rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsilə cinayət işi başlanıb, araşdırma aparılır.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.