Bakı küçələrində yatan gənc: ''Allahım kömək edin, polisdə adamın başına-başına döyürlər'' - Video

13-10-2016, 18:14   
Bakı küçələrində yatan gənc: ''Allahım kömək edin, polisdə adamın başına-başına döyürlər'' - Video

Kimsəsiz gənc Bakı küçələrində fəryad qoparır, ancaq ona kömək edən tapılmır

Criminal.az saytı xəbər verir ki, həmin gəncin adı Rəşaddır. Dediyinə görə, 25 yaşı var və Tərtər rayonundandır. Musiqi məktəbini bitirib, iki il əvvəl isə anasını itirib. Atası anasının 40-ı çıxmamış başqa qadınla evlənib. Analığı isə onunla tez-tez dava edib və sonra evdən qovub.

Elə o vaxtdan küçələrdə tufeyli həyat tərzi keçirməyə başlayıb. Heç vaxt içki içməyən Rəşad iki aydır spirtli içki aludəçisinə çevrilib. Soyuq havada küçələrdə gecələyən Rəşadın səhhətində ciddi problemlər yaranıb, bütün bədəninə yara yayılıb. Dilinə çörək vurmayan Rəşad metronun Qara Qarayev stansiyası yaxınlığında parkda yatır.

Rəşad deyir ki, onu xəstəxana qəbul etmir. Dəfələrlə narkoloji dispanserə müraciət etsə də, ondan pul istəyirlər. Bakının müxtəli polis bölmələrinə aparılaraq döyülüb.

İnsanlardan köməklik istəyən Rəşad müalicə olunaraq sağalmaq istəyir.[media=https://www.youtube.com/watch?v=Mzx1AX4yDXc]
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.