Astara Gömrük Keçid Məntəqəsində vətəndaşlara qarşı zorakılıqla yanaşı, həm də onları alçaldan hərəkətlərə yol verilir. JAM.AZ xəbər verir ki, bir çox hallarda gömrük işçiləri sərhəddi keçmək istəyənləri ağır formada təhqir edirlər.
Ötən gün bununla bağlı daha bir videogörüntü yayılıb. Fotoreportyor Mehman Hüseynov tərəfindən yayılmış görüntülərdə gömrük işçisinin bir qarını ağır formada təhqir etdiyi diqqəti çəkir.
[media=http://www.youtube.com/watch?v=FXpQwV1y4yg]