Azərbaycanlı “qanuni oğru”ların düşməni cinayət aləminin lideri elan edildi

14-10-2016, 09:16   
Azərbaycanlı “qanuni oğru”ların düşməni cinayət aləminin lideri elan edildi
Azərbaycanlı “qanuni oğru” Rövşən Lənkəranskinin qətlində adı hallanan Şakro Molodoy və ya Kürd Şakro ləqəbli Zaxari Kalaşov cinayət aləminin lideri elan edilib. Cumhuriyyet.az cebhe.info-ya istinadən xəbər verir ki, onun barəsində bu termin barəsindəki cinayət işinin materillarında əks olunub.
Rusiyada ilk dəfə olaraq rəsmi sənədlərdə bu termin işlədilib və şakro Molodoy bütün Rusiya cinayətkar aləminin lideri hesab olunub. Beləliklə, hazırda istintaqı davam edən və barəsində həbs qərarı çıxarılan Şakro Molodoy bu termin vasitəsilə unikal adama çevrilib.
Cinayət işində “Zaxari Kalaşov “qanuni oğru” Aslan Usoyan 2013-cü ildə qətl edildikdən sonra kriminal aləmin lideri olub” deyə vurğulanır. Qeyd edək ki, Zaxari Kalaşov təkcə R.Lənkəranski yox, digər azərbaycanlı “qanuni oğru”larla da isti münasibətdə olmayıb. Onun təşəbbüsü ilə Türkiyədə bir neçə azərbaycanlı “qanuni oğru”, o cümlədən Lotu Qulinin qardaşı Namik Səlifovun statusunun alınması ilə bağlı “sxodka” da keçirilib.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.