Hillari Klintonun məxfi poçtu: “Azərbaycandan pul götürək?”- WikiLeaks

21-10-2016, 09:36   
Hillari Klintonun məxfi poçtu: “Azərbaycandan pul götürək?”- WikiLeaks
Məlum olduğu kimi ABŞ prezidentliyinə demokrat namizəd Hillari Klintonun dövlət katibi olarkən yazışmaların bir hissəsini şifrələnmiş elektron ünvandan deyil, öz şəxsi elektron poçtu üzərindən apardığı üzə çıxıb. Habelə Rusiyaya bağlı hakerlər Demokratlar partiyasının Milli Komitəsinin elektron poçtunu sındırıblar və Hillari Klintonun seçki qərargahının rəhbəri Con Podestanın poçtundan ələ keçirilmiş sənədləri hazırda qalmaqallı WikiLeaks saytı yaymaqdadır.



Virtualaz.org Qərb KİV-lərinə istinadən xəbər verir ki, yayılan sənədlərdən biri Hillari Klintonun komandasının 2015-ci ilin aprelində xarici ölkələrin lobbiçilərindən seçki ianəsi toplamaq məsələsi barədə yazışmalarını əks etdirir. Belə ki, Klintonun komandası İraq, Azərbaycan, Misir, Liviya, Birləşmiş Ərəb Əmirliklərinin Vaşinqtondakı lobbiçilərindən onun seçki fonduna ianələrin qəbul edilməsinin nə dərəcədə məqsədəuyğun olduğunu müzakirə edir. Bildirirlər ki, belə ölkələrdən ianə qəbul etsələr problemlə üzləşərlər.

Lakin xeyli müzakirələrdən sonra Hillari Klintonun seçki kampaniyasının meneceri Robbi Muk bildirir ki, o, “istənilən hücumlara baxmayaraq” ianələrin qəbul edilməsinin tərəfdarıdır. Bundan sonra Klintonun kampaniyasının kommunikasiyalar üzrə meneceri Cennifer Palmieri bildirir: “Pulları götür!”.

Virtualaz.org
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.