Ermənistan paytaxtı İrəvanda 42 yaşlı yezidi kürd olan “qanuni oğru” tutulub.
Cebhe.info xarici mətbuata istinadən bildirir ki, saxlanan şəxs Polşa vətəndaşı olan, kriminal aləmdə “Merab Tbiliski” ləqəbli Merab Kalaşovdur.
Onun hazırda həbsdə olan Şakro Molodoy ləqəbli Zaxari Kalaşovla qohum olduğu bildirilir. Zaxari Kalaşovun və Merab Kalaşovun adı İstanbulda qətlə yetirilən “qanuni oğru” Rövşən Lənkəraskinin qətlində də hallandırılır. Ermənistan polisi Kalaşovun Fransa hüquq-mühafizə orqanlarının sorğusuna uyğun saxlandığını bildirib.
“Qanuni oğru” çirkli pulların yuyulmasında və fırıldaqçılıqda ittiham olunur. Fransa Merab Kalaşovu 16 iyul 2015-ci ildən axtarışa vermişdi.