Qəbələdə ər 3 uşaq anası olan arvadını boğaraq öldürdü

30-10-2016, 20:28   
Qəbələdə ər 3 uşaq anası olan arvadını boğaraq öldürdü

Qəbələ rayonunda qətl hadisəsi baş verib

Politika.Az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Kürd kəndində qeydə alınıb.

Kənd sakini 1985-ci il təvəllüdlü Verdiyev Xəyal Xaliq oğlu ailə münaqişəsi zəminində aralarında baş verən dava zamanı həyat yoldaşı, 1991-ci il təvəllüdlü Verdiyeva Səbinə Məzahir qızını əli ilə boğaraq öldürüb. Üç uşaq anası olan Səbinə Verdiyevanın hansı səbəbdən qətlə yetirildiyi hələ ki, məlum deyil.

Hadisəni törədən Xəyal Verdiyev hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı Qəbələ rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

Politika.Az
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.