Sentyabrın 23-dən itkin düşmüş, bacısının həyat yoldaşı Ələmdar Məmmədovla qaçdığı deyilən Cəlilabadın Məmmədrzalı kənd sakini 15 yaşlı Aynurə Nağıyeva Ölkə.Az-ın suallarını cavablandırıb.
“Qafqazinfo” həmin müsahibəni təqdim edir:
- Neçə gündür evinizdəsiniz?
- Evimizə getməmişəm, üç gündür əmimin evində qalıram.
- Demisiniz ki, Ələmdarla (bacısının yoldaşı) getməyimə görə peşman deyiləm. Bu doğrudur?
- Bəli, belə bir söz demişəm.
- Yenə fikrinizdə qalırsınız?
- Bəli, bəli.
- Bəs niyə rayona qayıdıb polis şöbəsinə gəldiniz?
- Gördüm ki, hər şey bambaşqa olur, ona görə evimə qayıtmaq istədim.
- Yəni?
- Düşündüm ki, anamın, atamın qatili olaram da. Onların ürəyi partlayar, ölüb eləyərlər, bu mənim üçün çox pis olar.
- Ələmdarla münasibətləri bərpa etməyi düşünürsünüz, yoxsa bu məsələ bitdi?
- Xeyr, xeyr.
- Yəni bağlanmadı?
- Xeyr.
- Bacınızı-Ələmdarın həyat yoldaşını görmüsünüz?
- Görməmişəm.
- Bacınızdan üzrxahlıq edəcəksiniz?
- Hələ ki, başqa biriylə danışacaq durumda deyiləm. Çox əsəbi olmuşam.
- Ələmdar sizi vururdu, döyürdü?
- Döymürdü.
- Nə vaxtdan bir-birinizi görmürsünüz?
- Üç gündür gəlmişəm, görməmişəm.
- Telefon əlaqəniz var?
- Telefon əlaqəm yoxdur.
- Ailəniz Ələmdarın həbsini istəyir. Siz də istərdiniz?
- İstəməzdim.
- Bağışlanılmasını və sizinlə ailə qurmasını istəyərsiniz?
- Bəli.
- Bacınızın taleyini düşünmürsünüz?
- Hələ ki, heç nə düşünmürəm.
- Bacınızı düşünmürsüz?
- Düşünürəm. Məni də başa düşün də, gərginəm.
Bacısının əriylə qaçan 15 yaşlı qız - “Məni də başa düşün”