Rusiya hüquq-mühafizə orqanları Azərbaycan mafiyasının fəallığından narahatdır.
Cebhe.info Rusiya mətbuatına istinadən xəbər verir ki, xüsusilə iki “oğru” - Lotu Quli ləqəbli Nadir Səlifov və Vaqif kimi tanınan Vaqif Süleymanov arasındakı münaqişə onların nəzarətində olan kriminal klanların Moskvadakı qarşıdurmasını gücləndirib.
Münaqişədə üçüncü tərəf, “oğru” Rəşad İsmayılov da meydana çıxıb.
Rusiya mətbuatı qeyd deir ki, hazırda Lotu Qulinin nəzarətində çoz sayda “döyüşə” hazır insan var. Vafiq və Rəşad Gəncinskinin isə biznes dairələri ilə güclü əlaqələrə malikdir. Xüsusilə Moskva regionunda biznesə bu iki şəxsin nəzarəti güclüdür.
Məlumatlara görə azərbaycanlı “oğru”lar arasındakı qarşıdurma çox sayda azərbaycanlının ölümü ilə də nəticələnir.
Azərbaycanlı klanların bu qarşıdurması Moskva regionunda polislə yanaşı digər qruplaşmalar arasında narahatlığıa artırıb. Artıq küçə döyüşlərinə start verilib, yaxın zamanda polis vəziyyətin təhlükəli həddə çatmasından narahatdır.
Cebhe.info