Rusiyanın Orsk şəhərində dəhşətli qətl hadisəsi baş verib. Lent.az-ın yerli KİV-ə istinadən məlumatına görə, şəhərin Dombarovski küçəsində 35 yaşlı qadının və onun 4 yaşlı qızının boğazları kəsilmiş meyiti tapılıb. İlkin araşdırma zamanı məlum olub ki, qətli törədən 32 yaşlı Azərbaycan vətəndaşı Qardaşov Rauf Camaləddin oğludur. Qətlə yetirilən qadın isə onun sevgilisi imiş. Hazırda onun saxlanılması üçün əməliyyat-axtarış tədbirləri aparılır.
1981-ci il təvəllüdlü ana və 4 yaşlı qızın meyitini ilk olaraq qadının anası görüb. O, ailənin böyük övladını gəzməkdən gətirərkən mənzilin qarşısında qan ləkələri görüb. Evə daxil olanda isə boğazı kəsilmiş qızı və anasının meyitini aşkar edib. Məlumata görə, qatil 1984-cü il təvəllüdlü Rauf Qardaşovdur. Bir neçə gün əvvəl yerli məhkəmə onunu deportasiya edilməsi barədə qərara çıxarıbmış.
Qərar bu günlərdə həyata keçiriləcəkmiş. Hazırda Qardaşovun tutulması istiqamətində əməliyyat başlayıb. Şəhərin bütün giriş və çıxışları nəzarətə götürülüb. Qardaşovun çevrəsinə aid olan şəxslər dindirilir. İstintaq qətli törətdikdən sonra, qatilin intihar etmə ehtimalı versiyasını da araşdırır. Hadisənin baş vermə səbəbləri ilə bağlı rəsmi məlumat yayılacaq.