Bakının mərkəzində güllələnmə: 6-cı qardaş da öldü YENİLƏNİB

15-11-2016, 16:23   
Bakının mərkəzində güllələnmə: 6-cı qardaş da öldü YENİLƏNİB

Dünən Bakının Yasamal rayonunda - Parlament prospekti 1 ünvanındakı 9 mərtəbəli binada 58 yaşlı Ziyafət Hüseynovun özünü güllələyərək öldürməsi hadisəsi ilə bağlı bəzi məqamlar üzə çıxıb.

Yaxınları lent.az-a bildiriblər ki, Z.Hüseynov xeyli vaxtdır, ürək xəstəliyindən əziyyət çəkirmiş. Daha əvvəl müxtəlif dövlət orqanlarında işləmiş şəxsin 2 övladı var. Onun qızı ailəlidir, oğlu isə nişanlıdır və bu yaxınlarda ailə həyatı quracaqmış.

Bildirilir ki, Z.Hüseynov çoxuşaqlı ailədə doğulub. 7 qardaşdan biri olan Z.Hüseynovun daha əvvəl 5 qardaşı vəfat edib.

O da bildirilir ki, Z.Hüseynovun atası sovet illərində daxili işlər və xüsusi xidmət orqanlarında bir sıra vəzifələri tutub. Ölüm faktı ilə bağlı Yasamal Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.

* * *13:03

Bakıda intihar hadisəsi baş verib.

Yasamal Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə ötən gün rayonun Parlament prospekti 1, mənzil 40 ünvanında qeydə alınıb. Bakı şəhər sakini, 1958-ci il təvəllüdlü Ziyafət Paşa oğlu Hüseynov həmin ünvanda ov tüfəngindən atəş açaraq özünü öldürüb.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.