"Şəxsiyyətsiz yeznəmiz ortaya çıxmır, Aynurənin bakirəliyi..." - Yeznəsi ilə qoşulub qaçan Aynurədən xəbər var

16-11-2016, 16:27   
"Şəxsiyyətsiz yeznəmiz ortaya çıxmır, Aynurənin bakirəliyi..." - Yeznəsi ilə qoşulub qaçan Aynurədən xəbər var
Sentyabrın 23-də bacısının həyat yoldaşına qoşulub evdən qaçan Cəlilabadın Məmmədrzalı kənd sakini 15 yaşlı Aynurə Nağıyevadan xəbər var

Politika.Az sonxeber.az-a istinadən bildirir ki, A.Nağıyeva atasının evinə gedərək bacısı ilə üz-üzə gəlib. "Bacıların arasında soyuq münasibət olsa da, onlar dava etməyib", deyə A.Nağıyevanın əmisi Rahim bəy sonxeber.az-a açıqlayıb. Rahim bəyin sözlərinə görə, Aynurə qaçırdan yeznələrindən hələ də bir xəbər-ətər yoxdur:

"Aynurəni qaytardım valideynlərinin yanına. Atası-anası bilər bundan sonra ... Amma qardaşımın o biri qızı bizimlə qalır. Deyirəm bir qırğın düşər. O qız mənim evimdə qalır, icazə vermərəm ki, qayıda evinə. Aynurə bacısı ilə üzbəüz gəldi. Dava etmədilər, hadisədir də olub. Mən evdə olmamışam, bilmirəm. Mən nə deyim vallah. 10 gün olar ki, Aynurə atasına təhvil verilib. Övladdır, atıb, tullamaq olmur. Yeznə tapılmayıb, ciddi yanaşmırlar, tapmırlar. Qızı qaçırdıb amma şəxsiyyətsiz ortaya çıxmır. Ona nə deyim simasızdır. Qızın bakirə olub-olmaması barədə nə deyim, dedim analiz edin. Sonra boş buraxdım, gördüm valideynlərinin səhhəti pisləşir. Səhv edərəm bu barədə nəsə desəm, dəqiq bilmirəm. Bəlkə mənsiz ekspertizaya gediblər, vallah bilmərəm. Şikayətçi də bizik, 3 aydır yollarda qalan da bizik. Belə olmaz. Tapmırlar bu yeznə hara gedib, harda gizlənir. Polisə demişəm ki, məni daha narahat etməyin".

Politika.Az
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.