Səfər Əbiyev mühacirətə gedib? - İDDİA

18-11-2016, 09:07   
Səfər Əbiyev mühacirətə gedib? - İDDİA
Bir müddət öncə sabiq müdafiə naziri general-polkovnik Səfər Əbiyev bu günlərdə ölkəni tərk etməsi barədə məlumatlar yayıldı.

Məlumatlarda bildirilirdi ki, sabiq nazir Almaniyaya gedib.

Qeyd olunurdu ki, Səfər Əbiyev hazırda Almaniyadadır.

Onun Almaniyaya səhhətindəki problemləri yoluna qoyduğu üçün getdiyi iddia olunsa da, ölkəyə nə vaxt qayıdacağı barədə məlumat verilmirdi.

anaxeber.info xəbər verir ki, bir neçə gün öncə hazırda Belçikada mühacirətdə olan satırik şair Mirzə Sakit Səfər Əbiyevlə bağlı sensasion məlumat yayıb.

Onun sözlərinə görə, əslində, sabiq müdafiə naziri hazırda Çexiya Respublikasının Karlovı Varı şəhərində yaşayır. Onun ölkəyə dönməsinin mümkün olmadığını qeyd edən satirik şair bildirib ki, əslində, Əbiyev də hardasa mühacir həyatı yaşayır.

"Maraqlıdır ki, sabiq müdafiə nazirinin ölkəyə dönüşünə kim və niyə qadağa qoyub? Ümumiyyətlə, nazirin ölkədən getməsinin səbəbi nədir? 15 ildən çox nazir olan və hərbi sirri bilən bir adamı hansı məntiqlə ölkədən buraxmaq olar?", - deyə sosial şəbəkələrdə yayılan məlumatlarda bildirilir.

Yazıda adı çəkilən şəxslərin də mövqeyini dərc etməyə hazırıq.

anaxeber.info
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.