Çobanlıqdan xilas olmaq üçün başqa kişilərə qaçdı, hamilə qaldı - Azərbaycanda

19-11-2016, 12:40   

"Dünən sığınacağımıza bir xanım iki övladı ilə daxil oldu. Psixoz vəziyyətdə olan bu xanım birinci sinfə getdiyi vaxt, ata onu dağlara mal otarmağa göndərir. Düz 25 yaşına kimi, o mal qara ilə məşğul olur, özü demiş dağ başından düşmür. 25 yaşında kürdəmirli bir oğlanla tanış olur və onunla qaçır. Qaçmasının səbəbi çobanlıqdan "xilas" olmaq olur".

BIG.AZ bildirir ki, bu hadisəni "Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova sosial şəbəkədə yazıb.
Mehriban xanım bunları deyib:

"Lakin getdiyi yer onu "sevmir" adi insani sevgini ondan əsirgəyir. Atasının yanına qayıdır. Bir dəfə qızı alma ağacının altından çürümüş almaları götürüb yediyinə görə, ata evdən hər ikisini qovur. Bakıya gəlir… Bazarada işləyir. İkinci dəfə qanunsuz nikaha daxil olur. Bu dəfə Sabirabaddan olan oğlanın atasının etdiyi qeyri insani münasibətdən bezir və geri qayıdır. Hamilə olduğu oğlu atasız dünyaya gəlir. Çünki, ata "yoxa" çıxır. Hər dəfə hansısa kişi, sənə ev kirayəsi verəcəm, səni dolandıracam deyir və sui istifadə edir. Təhsilsiz, psixi vəziyyəti stabil olmayan xanım, iki uşağını sinəsinə sıxıb, o qapıda, bu qapıda, küçədə yaşayır. soruşanda atan nə üçün yola getmirdi… Dedi, qız uşaqlarına Allah tərəfdən nur verilir. Atam onun üzünə söyürdü. Mən o nuru qorumaq üçün atam evini tərk etdim. Kimsə mənim uşağıma toxunarsa, pis gözlə baxarsa onu gözsüz qoyaram….. Sizə deyim ki edər. Bu insan uşaqlarını vəhşi instinktlə müdafiə edir. Bunun adı sevgidirmi, ya yeganə ümiddirmi bilmirəm… Hazırda uşaqlar məktəbə getmir. Elementar davranış qaydaları, hətta yemək yeyəndə belə gigiyenik qaydalarına malik deyil… Yola davam… ideal olmasa da bu qadın və uşaqlar üzərində uzun müddət çalışmalı olacağıq. Dəstəyiniz önəmlidir".
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.