Bakıda məktəbli qız intihar edib. Lent.az-ın məlumatına görə, noyabrın 20-də saat 15:30 radələrində Nərimanov rayonu Ağa Neymətulla küçəsi 72 ünvanında yaşayan 14 yaşlı Sara Sadıqlı özünü yaşadığı evin yerləşdiyi 10-cu mərtəbədən ataraq intihar edib.
Yeniyetmə qız mənzilin pəncərəsinə çıxaraq özünü atıb və hadisə yerindəcə keçinib. Faktla bağlı Nərimanov Rayon Prokurorluğunda cinayət işi başlanılıb. Report intihar edən qızın 9-cu sinif şagirdi olması barədə xəbər yayıb.
Criminal.az