Ötən gün Şıx qəsəbəsində uçan piyada keçidinin kimə məxsus olması məlum olub. “Qafqazinfo” sözügedən məsələdə adı hallanan “Grand Park”ın keçmiş prokuror Şükür Rzayevə məxsus olduğunu müəyyənləşdirib.
Ş. Rzayev 1994-1998-ci illərdə Bakı Şəhər prokuroru vəzifəsində çalışıb. Onu da qeyd edək ki, Ş. Rzayev millət vəkili Rövşən Rzayevin atasıdır.
Ş. Rzayev bir neçə il əvvəl vəfat etsə də, "Grand Park"-ın mülkiyyət sənədlərində heç bir dəyişiklik edilməyib və hazırda da mərkəzin hüquqi sahibi mərhum prokurordur.
Xatırladaq ki, ötən gün Səbail rayonu, Bakı-Salyan yolu üzərində quraşdırılmış yerüstü piyada keçidi yükqaldırıcı kran maşınının sürətlə ona dəyməsi nəticəsində uçub. Hadisə nəticəsində ümumilikdə 6 nəfər yaralanıb.