Bakıdakı 1 saylı Kliniki Tibbi Mərkəzdə intihar hadisəsi baş verib.
BiG.AZ report-a istinadən xəbər verir ki, 64 yaşlı Yuriy Protopov özünü xəstəxananın Cərrahiyyə şöbəsinin yerləşdiyi 3-cü mərtəbənin pəncərəsindən yerə ataraq intihar edib.
Faktı təsdiqləyən mərkəzin direktor müavini Adil Salahov deyib ki, intihar edən şəxs bir ay əvvəl səhiyyə müəssisəsində müalicə alıb:
"Lakin Yuriy Protopovun intiharının bizimlə heç bir əlaqəsi yoxdur. O, mərkəzdə həzm sistemindəki problemlə bağlı müalicə alıb və noyabrın 2-də evə buraxılıb".
Onun meyiti morqa təhvil verilib.
Faktla bağlı Nəsimi Rayon Prokurorluğunda araşdırma aparılır.