Bir neçə gün öncə Bakıda ABŞ səfirliyinin avtomobili qəzaya uğrayıb. Hadisə Nəsimi rayonu Azadlıq prospektində baş verib. Hadisə şahidlərinin verdiyi məlumata görə, prospketlə hərəkət edən "Galendewagen" markalı avtomobil ABŞ səfirliyinə məxsus GMC markalı maşına çırpılıb.
Qəza zamanı ABŞ səfirliyinin əməkdaşının yüngül xəsarət aldığı deyilir. Məlumata görə, qəzanı törədən "Galendewagen" markalı maşın polis rəisinin oğluna məxsus olub.
Nömrə nişanı 777 olan avtomobilin Səbail Rayon Dövlət Yol Polisi Şöbəsinin rəisi Cəmşid Hənifəyevin oğlu İdris Hənifəyevə məxsus olduğu bildirilir. Qəzaya səbəb sürət həddin aşılması və ara məsəfəsinin qorunmaması olub. (missiya.az)
Cəmşid Hənifəyev