Respublika Veteranlar Təşkilatı sədrinin müavini Cəlil Xəlilov haqqında
ittihamlar səngimək bilmir. Çox sayda veteranlar mətbuatda çıxış edərək
Xəlilovu veteran hərəkatını parçalamaqda, təşkilatdan şəxsi maraqları naminə
istifadə etməkdə ittiham edirlər. Xəlilov həmçinin ciddi korrupsiya əməllərində,
dövlət əmlakını talamaqda ittiham olunur. Sədr müavini hələki bu ittihamlara
cavab vermir. Əvəzində ümumi sözlərlə çıxış edir.
Redaksiyamıza müraciət edən “Azərbaycan Veteranı” qəzetinin yaradıcısı və
baş redaktoru olmuş İsmayılov Bayram Mahmud oğlu məlumat verdi ki, Səbail
rayonu ərazisində yerləşən, şəhərin ən bahalı yerində olan Bakı şəhər Veteranlar
Şurasına aid olan bina 950 min dollar satılaraq Cəlil Xəlilov tərəfindən
mənimsənilmişdir. Onu da qeyd edək ki, Bakı şəhər Veteranlar Şurası 1975-ci
ildə Ulu Öndərimiz Heydər Əliyevin təşəbbüsü ilə yaradılmışdır. Bu məsələyə
etiraz edən veteranların çoxluğuna baxmayaraq Cəlil Xəlilov struktur islahatı
adı altında Bakı şəhər veteranlat şurasını ləğv edərək yerləşdiyi binanı satmağa
nail oldu. Cəlil Xəlilov həmin pulla özünə bahalı avtomobil və bağ evi aldı.
Prezidentin II Dünya Müharibəsi veteranlarına verdiyi evdən, Bakı İcra
hakimiyyətinin nəzdində olan binadan 3 otaqlı mənzil aldı. Cəlil Xəlilov Cənab
Prezdentin 9 mayda veteranlara ayırdığı 500 min manatın böyük hissəsini
mənimsəyib. Cəlil Xəlilov özünə rəqib hesab edərək, Əfqanıstan, Qarabağ və
Silahlı Qüvvələr veteran polkovnik Rasim Muxtarovu, Əfqanıstan, Qarabağ və
Silahlı Qüvvələr veteranı polkovnik Əzizağa Qənizadəni, Qarabağ və Sİlahlı
Qüvvələr veteran polkovnik Məhərrəm Cahangirovu, hərbi tariximizin ən böyük
araşdırıcısı, tədqiqatçı jurnalist Şəmistan Nəzirlini Çernobıl qəhrəmanı, Silahlı
Qüvvələr veteran polkovnik Kamal Əliyevi, Təhsil Nazirliyində və Respublika
Həmkarlar İttifaqında uzun müddət baş mühasib işləmiş Sakit Həmidov kimi
mühasib, istedadlı jurnalist, qızıl qələm mükafatı laureate, yəni məni Bayram
İsmayılovu təşkilatdan uzaqlaşdıraraq tələbəsi Ülvi, Lətif adlı dostunu və başqa
dost tanışını ətrafına topladı. Sanki Veteranlar Təşkilatı Cəlil Xəlilovun şəxsi
mülkiyyətidir. Azərbaycan Respublikası Prezidentinin köməkçisi işləmiş,
Böyük Vətən Müharibəsi veteran, Sİlahlı Qüvvələr veteran general-polkovnik
Tofiq Ağahüseynovu yaxın qohumu təşkilatda bir ay işlədikdən sonra nələrin
baş verdiyini görüb uzaqlaşdı. Cəlil Xəlilov bir ayda 2 mühasib işdən azad
edib.Respublika Veteranlar Təşkilatında böyük əmək sərf etmiş, Mərkəzi
Komitədə şöbə müdiri işləmiş Surxay Tağızadəni qurumdan uzaqlaşdırmışdır.
Bu veteranlar döyüşəndə Cəlil Xəlilov 1990-19994- cü illərdə Azərbaycandan
rana metal və mal-qara keçirməklə məşğul olub. Döyüşçünün yoldaşı olar. Cəlil
Xəlilov döyüş.lərdə iştirakını sübut etmək üçün bir döpyüş yoldaşının adını
çəkə bilmir, bir şəkil göstərə bilmir. Cəlil Xəlilov saxtakarlığ və zabit adına
yaraşmayan hərəkətlərinə görə sərhəd qoşunlarından qovulmuşdur. Onun
saxtakarlığı bugün də davam edir. Müdafiə Nazirliyində bir gün də işləməyən
Cəlil Xəlilov həyasızcasına Müdafiə Nazirliyinin formasını geyinərək usta
məharət nişanı taxır. Müdafiə Nazirliyinə müraciət edirik ki, bu məsələyə
aydınlıq gətirilsin. Şərəfli zabit formasını hər yoldan keçən, Müdafiə
Nazirliyində birgün belə xidmət etməmiş bir şəxsin geyinməsi cinayətdir və pis
ənənədir.
Saytımızda bununla bağlı yazı gedəndən sonra Cəlil Xəlilov rayon veteran
təşkilatlarının etirazlarını sakitləşdirmək üçün hər birinə 500 manat pul
paylayıb. Cəlil Xəlil cənab Prezidentin veteranlara hədiyyə etdiyi QƏləbə
kafesində veteranlara xidməti təşkil etmək əvəzinə kafeni arendaya verib.
Kafedə kassa aparatı quraşdırılmayıb, kommunal xərclər təşkilatın hesabına
ödənilir və Cəlil buradan ayda 1000 manat qazanır.
Cəlil Xəlilov təşkilatın nizamnaməsinə zidd olaraq, rəyasət heyətinin iclasını
keçirmədən saxta plenium təşkil edib. O, növbəti dəfə saxtakarlıq edərək Dadaş
Rzayevin pleniumdan əvvəl təşkilata gəldiyini plenium iştirakçılarına salam
göndərdiyini deyib. Cəlil Xəlilov Dadaş Rzayevin imzasından istifadə edərək
maliyyə vəsaiti mənimsəməkdə bugün də davam edir.
Qeyd edək ki, Bayram İsmayılov təşkilatda müavin postuna Cəlil Xəlilovun
yox, Əfqanıstan, Qarabağ və Silahlı Qüvvələr veteranı, Silahlı Qüvvələrin şəxsi
heyəti arasında böyük nüfuza malik, hərbi akademiya məzunu, Silahlı
Qüvvələrimizin zabit korpusunun formalaşmasında böyük əməyi olan, Hərbi
Akademiyanın və Təlim Tədris Mərkəzinin müəlllimi olmuş polkovnik Adil
Haqverdiyevin haqqı çatdığını deyir.
Qeyd edək ki, Dadaş Rzayevin hazırki durumu onun yataqdan qalxmasına belə
imkan vermir. Respublika veteranları narahatdır ki, təşkilata hal hazırda Cəlil
Xəlilov kimi öz maraqlarını güdən və saxtakar biri rəhbərlik edir.