Bakıda metroda bir nəfər intihara cəhd edib.
Bu barədə Axar.az-a "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev məlumat verib.
"Saat 09:20 dəqiqədə Nardaran sakini Əhmədov Nəsir Əlihüseyn oğlu özünü "İçərişəhər"-"Həzi Aslanov" istiqamətində 13 saylı marşrut üzrə hərəkət edən qatarın altına atıb.
Maşinistin sayıqlığı nəticəsində qatarı dərhal saxlamar mümkün olub. Qatar dərhal dayandırlıb, xətdən gərginlik çıxarılıb və sərnişin qatarın altından çıxarılıb.
Relslərin arasına düşdüyündən sağ qalıb, sağ topuğundan xəsarət alıb", - N. Paşayev bildirib.
Metropoliten rəsmisi hadisənin baş vermə səbəblərinin araşdırıldığını deyib:
"Qatarlarların hərəkət intervalında gecikmə yaranıb. Gecikmənin aradan qaldırılması istiqamətində iş aparılır".