Lənkəran şəhər icra başçısı Taleh Qaraşov infakt keçirib
Xəbər verilir ki, T.Qaraşov bu gün səhər saatlarında Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Hazırda icra başçısının müalicəsi aparılır.
Hazırda xəstəxananın həyətində T.Qaraşovun qohumları ilə yanaşı, İcra Hakimiyyətinin nümayəndələri, rayon rəhbərliyindən nümayəndələr var.
Lənkəran Rayon Mərkəzi Xəstəxanasından bildirdilər ki, icra başçısı Taleh Qaraşovun vəziyyəti stabildir: “Hazırda kəskin ürək çatışmazlığı diaqnozu ilə Bakıya, Mərkəzi Neftçilər Xəstəxanasına göndərilib. Müalicəsini orda davam etdirəcək”.