Körpələrə verilən yemək xərcini yox, xalqın haqqının yeyimləsini dayandırın

7-12-2016, 08:39   


Uşaqlara görə alınan rüşvətin kökü nə vaxt kəsiləcək?


Azərbaycanda 2017-ci il yanvarın 1-dən etibarən doğulmuş məcburi köçkün uşaqlarına yemək xərci üçün aylıq müavinət verilməyəcək. Hökumətimiz qənaət siyasətini uğurla həyata keçirir. Vətəndaşın boğazından kəsmək lazımdır ki, Fomula-1 pilotunun, İslam HəmrəyliyiOyunlarında iştirak edən atletin qarşısında dilimiz gödək olmasın. Vətəndaşın yemək xərci kəsilsə də olar, əsas odur ki, hökumətin cibinə dolan pullar kəsilməsin.Yeni doğulan körpənin çörək puluna göz dikmək də olar, əsas odur ki, deputatın maaşı artsın, xidməti maşını yenilənsin, istirahəti təmin olunsun.

Deməli, hökumətimiz böhrandna çıxmaq üçün yalnız xalqı hədəf seçib və xalqın daha dərin səfalət quyusuna düşməsi bahasına vəziyyəti dəyişmək istəyir. Nəticədə isə hökumət komandası böhrandan çıxır, vətəndaş daha ağır böhrana yuvarlanır.


Yeni doğulacaq uşaqların yemək xərcini kəsənlər, yeni doğuşlar üçün tələb olunan rüşvətin kökünü niyə kəsmirlər? Bu ölkədə dünyaya uşaq gətirmək məşəqqətli prosesdir. İnsanlar doğuş puluna görə hamiləlikdən imtina edirlər, bətnlərindəki uşağı məhv edirlər. Bugün dünyaya uşaq gətirmək 1000 manat və daha yuxarı məbləğ hesabına başa gəlir. Necə olur ki, doğuluşa görə tələb olunan rüşvət ləğv olunmur, amma 18-19 manat “çörək pulu” ləğv olunur? Necə olur ki, uşaq baxçşalarında tələb olunan “şirnlik” ləöv edilmir, amma uşaqların “çörək pulu” ləğv edilir?

Əgər hökumət mənasız xərclərə milyardlar xərcləməsəydi, ölkədə korrupsiya tüğyan etməsəydi, böhran şəraitində yemək xərclərinin kəsilməsinə haqq qazandırmaq olardı. Amma ölkənin ən ağır vəziyyətində belə milyardlar havaya səpilir və bunun yerini xalqın boğazından kəsərək doldururlar.

Onsuz da bu ölkədə doğulan uşağı yaxşı heç nə gözləmir. Hər il boşanmaların sayı artır, uşaq ölümləri çoxalır, uşaqlarda xəstəlik faizi yüksəlir. Üstəlik, hər doğulan uşağın boynuna xarici borc yükü qoyulur. Doğulan uşağın normal qida qəbul etmək, normal təhsil almaq ehtimalı minimumdur.

Hökumət əlindən gələni edir ki, gələcək qüsurlu olsun. Azərbaycanda istənilən məmurun maaşdan əlavə 5-10 qazanc yeri var. Niyə böhran dövründə bu adamların maaşı azaldılmır? Hər məmurun xidməti maçından əlavə 10 maşını var. Niyə xidməti maşınlar böhran dövründə ləğv edilmir? Qəpiyə güllə atanalrın boğazından kəsib, milyonlara təpik vuranların boğazına calamaq insanlığa sığırmı?

Yeni doğulan körpənin yemək xərcini kəsməklə bu ölkəni xilas etmək olmaz. Korrupsiyanın, monopoliyanın, hüquqsuzluğun kökünü kəsmək lazımdır. Uşaqların böyüməsinə əngəl törətmək yox, böyüməkdə olan böhrana əngəl törətmək lazımdı. Ölkənin gələcəyi olan körpənin yemək xərcini kəsmək əvəzinə, xalqın haqqını yeyənlərin tamahını kəsin.

İlham
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar