Dəhşətli özünəqəsdlərin olduğu yaşayış kompleksindən reportaj
Bakıda bir yaşayış binasından cari ildə iki nəfər özünü atıb öldürüb. Lakin buna baxmayaraq, intiharın qarşısını almaq üçün müvafiq tədbirlər görülmür...
Dekabrın 10-da Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Uğur-2 kompleksində intihar hadisəsi baş verib. Belə ki, yaşayış kompleksində 2-ci binanın 19-cu mərtəbəsində özünü atan orta yaşlı qadın, həyətdə dayanan “KİA” markalı avtomobilin üzərinə düşərək parça-parça olub.
Onu da qeyd edək ki, bu, yuxarıda adını qeyd etdiyimiz kompleksdə birinci intihar hadisəsi deyil. Belə ki, 2015-ci ilin noyabr ayında da hadisə baş verən binanın 19-cu mərtəbəsindən 1990-cı il təvəllüdlü Dadaşova Ayşə İlqar qızı özünü ataraq intihar etmişdi.
İntiharların baş verdiyi bu əraziyə yollanıb oradakı şəraitlə, təhlükəsizlik tədbirlərinin hansı səviyyədə olması ilə maraqlandıq.
Ərazidə olduğumuz zaman müşahidə etdik ki, kompleksin həyətində insanların istirahətinə normal şərait yaradılıb. Belə ki, kompleksin ərazisində park salınıb, kiçik futbol meydançası tikilib, skamyalar qoyulub. Binaların altında mağazalar, gözəllik salonları, müxtəlif ofislər də fəaliyyət göstərirlər. Kompleksin ərazisini mühafizə etmək üçün xüsusi post da qurulub. Lakin biz kompleksin içərisinə çox sərbəst şəkildə daxil olub, fotolar çəkib, intiharların baş verdiyi 19-cu mərtəbəyə qədər qalxdıq. Həyətdə mühafizəçi görsək də, o bizdən nə və ya kimi axtardığımızı soruşmadı...
Söhbət etdiyimiz sakinlər də təsdiqlədilər ki, burada mühafizə çox zəif təşkil olunub. Sakin Qafur Mirzəyev “Yeni Müsavat”a bildirdi ki, binalara kim istəyirsə, rahat şəkildə daxil ola bilir: “Öncə baş verən son intihar hadisəsi barəsində onu deyim ki, həmin qadın buranın sakini olmayıb. Axşam saatlarında gəlib, rahat şəkildə binanın 19-cu mərtəbəsinə qalxıb və orada blokun eyvanından özünü atıb. Bu, ötən illərdən bəri burada baş verən sayca 4-cü intihar hadisəsidir.
Ötən dəfə intihar edən qadın burada kirayə yaşayırdı. Ancaq iki gün öncə intihar edən şəxs buranın sakini deyildi. Hər dəfə deyirik ki, blokların girişində şifrəli qapı qoyun, ancaq xeyri yoxdur. Binaya baxan şəxslər deyirlər ki, qoyacağıq, lakin dediklərini etmirlər. Hazırda gördüyünüz dəmir qapıları da təzə qoyublar. Əvvəl heç bu da yox idi. Elə bütün bloklar qapısız idi. Blokların hamısında böyük eyvanlar var. Lap intihar etmək istəyənlər bir yana, bu, uşaqlar üçün də təhlükəlidir. Həmin eyvanların heç qapısı da yoxdur. Heç olmasa bloka qoymurlar, bu eyvanlara qapı qoysalar, yenə də bu kimi hadisələrin qarşısını bir qədər alınmış olar”.
Yuxarıda da qeyd etdiyimiz kimi biz də binanın 19-cu mərtəbəsinə qalxıb, qadının özünü atdığı eyvanda bir xeyli dayanıb, foto çəkdik. Lakin bu müddət ərzində mühafizədən heç kim bizə yaxınlaşıb, bir söz demədi. Müşahidə etdik ki, binaların girişində kameralar quraşdırılıb. Bundan əlavə yuxarı mərtəbələrin eyvanlarına çıxan yolda da kamera var. Həmin kameralar birbaşa olaraq eyvanı çəkir. Lakin görünür ki, bu kameralar ya hələ quraşdırılmayıb, yaxud da nəzarət edən yoxdur.

Sakin Kəmalə xanımın sözlərinə görə, binada yaşayış tam deyil. Əvvəlcə bunu bəhanə edib, qapı qoymurdular: “Burada mənzillərdə hələ tam yaşayış yoxdur. Əvvəlcə komendant deyirdi ki, tam yaşayış olduqdan sonra bütün işlər yekunlanacaq. Ancaq digər məsələlər öz həllini tapıb. Düşünürəm ki, qapı problemin də həll etsələr həm bizim təhlükəsizliyimiz müəyyən qədər sığortalanmış olar, həm də digər insanların binaya daxil olmaları mümkünsüz olar”.
Bütün bu səslənən fikirlərə münasibət almaq üçün kompleksin komendantı oturan ofisə yollandıq. Özünü İlham kimi təqdim edən komendant intihar hadisələrindən xəbərdar olduğunu bildirdi. Söylədi ki, binaya xüsusi mühafizə şifrəsi olan qapıların quraşdırılması nəzərdə tutulub:
“Əvvəla onu deyim ki, intihar edən şəxs bu binanın sakini olmayıb. Biz daha öncə kodlu qapılar quraşdırmışdıq. Ancaq müşahidə etdik ki, sakinlər dartıb bu qapını da qırırlar, qapını zədələyirlər. Buna baxmayaraq, yenə də binaya xüsusi qapıların quraşdırılması məsələsi nəzərimizdədir.
Bir məsələ də var ki, intihar etmək istəyən şəxs, hansısa sakin qapını açanda da içəri girib, özünü yuxarı mərtəbələrdən ata bilər də. Binanın iki mühafizəsi də var. Kameralar da quraşdırılır. Quraşdırılma tam başa çatdıqdan sonra hamısı işləyəcək. O zaman xüsusi nəzarət də olacaq”.