Oğul anasını güllələdi: Qətl yerindən eksklüziv FOTOLAR

19-12-2016, 14:54   

Ötən gecə Zabrat-2 qəsəbəsi, Oktyabr küçəsi 52 ünvanında, məcburi köçkünlərin məskunlaşdığı yataqxanada oğul anasını qətlə yetirib.

Füzuli rayonundan olan məcburi köçkün, 16 yaşlı Maarif Əliyev anası, 1978-ci il təvəllüdlü Mədinə Qurbanovanı yatdığı yerdə güllələyib. Hadisənin namus üstündə olduğu bildirilir.

Qətli törədən şəxsin babası Maarif Əliyev hadisə barəsində musavat.com-a danışıb: "Rəhmətlik mənim qulluğumu çəkib. Mənə heç vaxt pis olmayıb. Ancaq kimləsə görüşürmüş, bunu isə nəvəmin tanışları bilirmiş, ona anasının pozğun olduğunu deyiblər. Həmin gecə anası başqa birisi ilə telefonla danışanda oğlu Maarif bunu eşidib. Gecəyarı hamı yuxuda olarkən mənim ov tüfəngimlə başından vurub".

Hadisə haqqında daha geniş reportaj veriləcək.

Məğrur Mərd,
Musavat.com





Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.