RİA Novosti agentliyi xəbər verir ki, Rusiyanın Ankaradakı səfiri Andrey Karlov aldığı güllə yaralarından keçinib.
Onun xəstəxanada, yoxsa hadisə yerində keçindiyi dəqiqləşdirilmir. Şahidlərin bildirdiyinə səfirin elə hadisə yerindəcə keçindiyi təxmin olunur, çünki terrorçu onu il atəşdə yaraladıqdan sonra başından kontrol atəşi də açıb. Səfir yerdə hərəkətsiz qalıb.
* * *21:08
"RİA Novosti"nin verdiyi məlumata görə. Rusiyanın Türkiyədəki səfiri Andrey Karlov aldığı güllə yarasından dünyasını dəyişib.
* * *21:07
"Fox” telekanılının son dəqiqə məlumatına görə Rusiyanın Ankaradakı səfiri Andrey Karlovu güllələyən şəxs saxlanılmayıb, polislər tərəfindən güllələnib.
Onun “Buraya ölməyə gəldim, Hələbdəki qətliamın qisasını almaq üçün gəldim” deyə qışqırdığı bildirilir.
Bu hadisə Moskvada Türkiyə və Rusiya xarici işlər nazirləri arasında sabah nəzərdə tutulan danışıqlar ərəfəsində baş verib.
* * *21:02
Kreml Ankarada fotosərginin gedişində Rusiyanın Türkiyədəki səfirinin gellələnməsi ilə bağlı xəbərləri yoxlayır. Virtualaz.org TASS agentliyinə istinadən xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
Onun sözlərinə görə, prezident Putin hadisə ilə bağlı məlumatlandırılıb. “O, Xarici İşlər Nazirliyinin və xüsusi xidmət orqanlarının məsələ ilə bağlı məruzələrini gözləyir”, - Peskov deyib.
* * *20:50
Virtualaz.org Türkiyə telekanallarına istinadən xəbər verir ki, Rusiyanın Ankaradakı səfirini güllələyən şəxs tək olub, o, artıq saxlanılıb.
Hadisə yerinə çoxsaylı xüsusi təyinatlı polis qüvvələri, zirehli texnika cəlb edilib. Daxili işlər naziri Süleyman Soylu, Ankara valisi, digər rəsmilər hadisə yerindədir. Şahidlərdən birinin bildirdiyinə görə, səfirə atəş açan şəxs mülki geyimdə, kostyum və qalstukda olub.
Belə görünür ki, o, səfirin qatıldığı mərasimə daxil olmaq üçün rəsmi geyim seçib. Həmin şəxsin kimliyi haqda məlumat verilmir, ancaq onun türkcə danışdığı, səfirə atəş açandan sonra “Biz sizin kimi uşaqları öldürmürük” qışqırdığını, zalda panika yarandığını deyib. Şahidlərin bildirdiyinə görə, səfirə bir neçə dəfə atəş açılıb və o, hərəkətsiz halda yerə yıxılıb.
* * *20:38
Bu dəqiqələrdə Türkiyə telekanallarının yaydığı xəbərə görə Rusiyanın Ankaradakı səfirinə silahlı hücum olub.
Virtualaz.org xəbər verir ki, səfir Andrey Karlov ağır yaralanıb və xəstəxanaya aparılıb. Diplomatın Ankarada müsir inxəsənət sərgisinə baş çəkərkən güllələndiyi xəbər verilir. Səfir mərasimdə çıxışını başa vurduqdan sonra hələlik kimliyi məlum olmayan şəxs ona arxadan atəş açıb, ardınca Karlova daha bir güllə vurub.
Xəbər yenilənəcək.