Müəllim şagirdləri döyərək pul tələb edib - BƏRDƏDƏ DƏHŞƏTLİ OLAY

20-12-2016, 19:06   
Müəllim şagirdləri döyərək pul tələb edib - BƏRDƏDƏ DƏHŞƏTLİ OLAY
Bərdə rayon Elxan Zeynalov adna Hacallı kənd orta məktəbində ibitdai sinif müəlliminin III sinif şagirdlərini döyərək onların valideynlərinə pul göndərməsi üçün məktub yazdığı iddia olunur.

Bu barədə Cebhe.info-nun bölgə müxbirinə yerli sakinlər məlumat verib. Məlumatda kənd məktəbində sinif müəlliminin dərs keçdiyi 3-cü sinif şagirdlərini döyərək onların valideynlərindən pul tələb etdiyi bildirilir. Həmçinin müəllimin son "qurbanı" olan qızın xəsarət aldığı və onun çantasında valideynə pul verməsi barədə məktub tapıldığı deyilir.

Artıq dəflərlə belə halla rastlaşan sakinlər Daxili İşlər Nazirliyinin qaynar xəttinə məlumat veriblər. Əməkdaşımız məsələ ilə bağılı Bərdə Rayon Təhsil şöbəsi ilə əlaqə saxlayıb. Şöbə rəsmiləri məsələdən xəbərsiz olduğunu bildirib. Məsələni diqqətdə saxlayacağıq.

Elgün Gəncimsoy, Bərdə
Cebhe.info
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.