Şəvval Günler təhsil aldığı liseydə cəzalandırılaraq dərsdən 1 günlük uzaqlaşdırılıb
Hadisə Nəsimi rayonu Sarabski küçəsi ev 16, mənzil 38 ünvanında qeydə alınıb. Həmin ünvanda yaşayan 15 yaşlı Türkiyə vətəndaşı Şəvval Günler özünü 10-cu mərtəbədən atıb.
İlkin məlumata görə, intihar edən qız təhsil aldığı liseydə cəzalandırılaraq dərsdən 1 günlük uzaqlaşdırılıb.
Onun bu səbəbdən intihar etdiyi bildirilir.
Faktla bağlı cinayət işi başlanıb.
APA-nın əldə etdiyi məlumata görə, intihar edən Şəvval Günlerin atası Arslan Günler Türkiyənin Azərbaycandakı səfirliyində müşavir vəzifəsində çalışır.