Xəbər verildiyi kimi ötən gün Masallıda “Uzi” avtomatından istifadə olunmaqla qətl törədilib. Lənkəran-Masallı yolunda, Masallının Türkoba kəndi ərazisində naməlum şəxs Fariz İsmayılovun idarə etdiyi 90-HV-110 dövlət qeydiyyat nömrə nişanlı "Volkswagen-Passat" markalı avtomobilə avtomatdan azı 25 dəfə atəş açıb. Nəticədə Lənkəran rayon Boladi kənd sakini Fariz İsmayılov aldığı güllə yaralarından dünyasını dəyişib.
Rusiyada yaşayan azərbaycanlıların Criminal.az saytına veridiyi məlumata görə, Fariz İsmayılov Sankt-Peterburqda yaşayan, ''Piter Elçin'' ləqəbi ilə tanınan kriminal avtoritetin qardaşıdır. O, bir neçə il əvvəl Sankt-Peterburq şəhərindən birdəfəlik Azərbaycana qayıdıb. Buna səbəb 3 il əvvəl Farizin naməlum şəxslər tərəfindən vəhşicəsinə döyülməsi olub. Döyülərək sümükləri sındırılan F.İsmayılov elə o vaxtdan Lənkəranda yaşayırmış.
O da dəqiqləşdirilir ki, Fariz İsmayılovun böyük qardaşı bu il iyun ayının 20-də Sankt-Peterburqun “Sofiysk” meyvə-tərəvəz bazasında 27 yaşlı azərbaycanlı killer Emil Hüseynov tərəfindən güllələnən biznesmen Maarif İsmaylovdur. Həmin hadisə barədə virtualaz.org geniş yazmışdı. Bildirilir ki, Maarif İsmayılov iri biznesmen olub, Sankt-Peterburqda böyük anbar sahələrinin sahibi imiş. Onun qətlinin sifarişli olduğu və qatilin bu işə görə 155 min dollar qonorar aldığı da bildirilir. Məlumata görə İsmayılov doğulduğu kənddə xeyriyyəçiliklə məşğul olub, kənd məscidinin, yolun, məktəbin təmirinə kömək edib.
''Piter Elçin''ə gəlincə, onun adı bir neçə tanınmış avtoritetin qətlində hallanır. Onun mərhum Rövşən Lənkəranski ilə münasibətləri də pis olub.
Və belə məlum olur ki, ötən gün Masallıda eşidilən “Kalaşnikov” səslərinin mənbəyi Sankt-Peterburq şəhərinə, bu şəhərdəki azərbaycanlı diasporunun lideri, məşhur milyarder Vaqif Məmişova qədər gedib çıxır.
Fariz İsmayılov-soldan ikinci
Ötən gün virtualaz.org xəbər verib ki, Rusiyanın Sankt-Peterburq şəhərinin İstintaq Komitəsi Leninqrad vilayəti üzrə Su-Kanal İdarəsinin ofisində axtarış keçirib. Bu idarənin rəisi azərbaycanlı, Leninqrad vilayət Dumasının deputatı Sayad Əliyevdir. Yerli 47news portalının xəbərinə görə, müstəntiqlər Sayad Əliyevin kabinetinin qapısını döyüblər. Bundan əvvəl isə Əliyevin evində axtarış aparılıb.
Məlumatda deyilirdi ki, müstəntiqlərin oliqarx Əliyevi dindirməsi bu il iyunun 20-də Sant-Peterburqun əsasən azərbaycanlıların nəzarətində olan Sofiysk meyvə-tərəvəz bazasında baş vermiş səs-küylü qətlin istintaqı ilə bağlıdır. Həmin vaxt 27 yaşlı Emil Hüseynov bazarda 43 yaşlı Marif İsmayılovu güllələyib. O, İsmayılovu güllələdikdən sonra bazardan qaçmaq istəsə də digər azərbaycanlılar onu yaxalayıblar və qəddarcasına döyərək qətl sifarişini kimdən aldığını soruşublar. Bu kadrlar internetdə yayılıb.
Bildirilir ki, həmin vaxt Emil Hüseynov bir neçə dəfə “Vaqif” deyə qışqırıb. Bəs bu hansı Vaqif ola bilər? Belə məlum olur ki, söhbət bir ayrısından yox, Sankt-Peterburqdakı azərbaycanlı diasporunun liderindən, məşhur milyarder Vaqif Məmişovdan gedir.
Sayt yazır ki, həmin qətllə bağlı müstəntiqlər artıq Məmişovun özünü də dindiriblər. Bundan başqa “Viləş” QSC adlı şirkətin direktoru Maşkür Qasımov da iş üzrə dindirilib. O, Məmişovun yaxın adamı və işgüzar partnyorudur. İlkin məlumatlara görə qətldən bir neçə gün əvvəl Məmişov Emil Hüseynovla bir neçə dəfə görüşüb. Belə informasiyalar var ki, İsmayılovun qardaşı Elçinin (“Piter Elçin”) Maşkür Qasımovla münaqişəsi olub.
Lakin digər tərəfdən Sayad Əliyevin özü Məmişovla qatı düşməndir. Onların düşmənçiliyi yerli mətbuatın səhifələrinə qədər gedib çıxıb.İyunda baş vermiş qətldə Əliyevin adının niyə keçdiyi məlum deyil. Ancaq milyarder Məmişovun adının ötən gün Masallıda güllələnən Fariz İsmayılovun böyük qardaşının qətlinin təşkilində keçməsi ciddi qalmaqaldır və bu, Rusiyadakı azərbaycanlı diasporunun liderlərinin kriminalla sıx işbirliyinə dair əvvəllər baş vermiş qalmaqalları yada salır.
Virtualaz.or
[media=https://www.youtube.com/watch?v=MFN0iKV8udU]