Altı ayda ''Piter Elçin''in iki qardaşının qətlinə səbəb olan Amil Lənkəranski kimdir? - QƏTL ANININ VİDEOSU

23-12-2016, 16:56   


Kriminal aləmdə ''Piter Elçin'' kimi tanınan Elçin İsmayılovun iki gün əvvəl Masallı rayonunda öldürülən qardaşı Fariz İsmayılovun güllələnməsi ilə bağlı qaranlıq məqamlar üzə çıxır. Criminal.az saytı olaraq qətli törətməkdə şübhəli bilinən Lənkəran sakini Murad Quluzadənin həmin qardaşlarla üzün müddətdir davam edən qan davası olması barədə xəbər vermişdik. İsmayılovların bir neçə il əvvəl M.Quluzadənin qardaşını öldürməsi barədə məlumat versək də, əslində qan düşməçiliyinə səbəb qətli törədən şəxsin qardaşının deyil, əmisinin öldürülməsidir.

[media=https://www.youtube.com/watch?v=0aFbo3xF1dI]

Fariz İsmayılovun qətl anı (20 dekabr 2016. Masallı rayonu)

3 il əvvəl öldürülən Amil Lənkəranski kimdir?

Əldə etdiyimiz yeni məlumata görə, İsmayılov qardaşları bir neçə il əvvəl M.Quluzadənin əmisi Amil Lənkəranskini qətlə yetiribmiş. Farizin güllələnərək öldürülməsi də məhz həmin ədavətin davamı olub. Amil Lənkəranskinin qətlindən az sonra Fariz Sankt-Peterburq şəhərində naməlum şəxslər tərəfindən döyülmüş, sümükləri sındırılmışdı. Elə o vaxtdan Fariz Rusiyanı tərk edərək Lənkəran şəhərinə qayıtmışdı. Bu ərəfədə ''Piter Elçin'' qanunsuz silah saxladığına görə 2 il həbs olunmuşdu.

[media=https://www.youtube.com/watch?v=XvuUt3fstQQ]

''Piter Elçin'' 3 il əvvəl Sankt-Peterburqda həbs olunarkən

Hətta bu il iyunun 20-də Sankt-Peterburqda F.İsmayılovun qardaşı Maarifin də öldürülməsində sifarişçi kimi Murad Quluzadənin atası Əfqan Quluzadənin adı hallanırdı. M.İsmayilov da Rusiyada və Lənkəranda böyük hörmətə sahib idi. M.İsmayılovun böyük biznesi olub, Sankt Peterburda böyük anbara sahibi idi. Rusiya mətbuatının yazdığına görə, Maarifin qətlini törətmiş Emil Hüseynov bunun sifarişli olduğunu və ona qarşılığında 155 min dollar söz verildiyini etiraf edib.



''Piter Elçin'' ləqəbi ilə tanınan Elçin İsmayılov

Əfqan Quluzadə bu ilin avqustunda İstanbulda güllələrək qətlə yetirilən Rövşən Ləkəranskinin qohumudur. Rövşən Lənkıranski ilə ''Piter Elçin'' arasında münasibətlərin soyuq olması da cərəyan edən hadisələr arasında bağlığın olmasını təsdiqləyir. ''Piter Elçin''in adı isə bir neçə tanınmış avtoritetin qətlində hallanır.

Buna da bax: ''Piter Elçin''in qardaşlarını kim öldürtdürür? - Masallıdakı cinayətin GİZLİNLƏRİ



Farizin qətlinə gəlincə, onu yol kənarında yerləşən mağazanın qarşısında öldürüblər. Qətli əvvəlcədən planlaşdıran şəxslər maşınla onu izləyiblər. Masallı rayonu, Türkoba kəndi ərazisində Fariz idarə etdiyi "Volkswagen-Passat" markalı avtomobili saxlayaraq yol kənarındakı mağazaya girib. Kontur və su alıb geri qayıdanda isə avtomobilinin qabağında və arxasında iki ''Jiquli'' markalı avtomobilin saxladığını görüb. Onlardan getməsi üçün yol verməsini xahiş edib maşına əyləşən kimi avtomatla güllə-boran edilib. Aldığı güllə yaralarından Fariz elə yerindəcə keçinib.

Hadisə yerinə baxış zamanı 25 ədəd giliz aşkarlanıb. M.Quluzadə isə polisə gələrək təslim olub. Qətli törətdiyi "UZİ" markalı silahı və 7 ədəd gülləni də təhvil verib.

Masallı rayon prokurorunun köməkçisi Qasım Ağayev Criminal.az saytına qətlin motivi barədə açıqlama vermək istəməyib. Bildirib ki, istintaqın hazırki durumunda hər hansı məlumatın açıqlanması məqsədəuyğun hesab olunmur. Faktla bağlı Cinayət Məcəlləsinin qəsdən adamöldürmə (120-ci) və odlu silah saxlama (228-ci) maddələri ilə cinayət işi başlanıb.

Buna da bax: ''Piter Elçin''in qardaşının güllələnmə səbəbi məlum oldu - Sankt-Peterburqdan Masallıyadək davam edən QAN DAVASI

[media=https://www.youtube.com/watch?v=MFN0iKV8udU]

Maarif İsmayılovun qətlə yetirildiyi an (20 iyun 2016. Sankt-Peterburq)

Bu arada Rusiya mətbuatı yazır ki, Sankt-Peterburq şəhərinin İstintaq Komitəsi azərbaycanlı Sayad əliyevin rəisi olduğu Leninqrad vilayəti üzrə Su-Kanal İdarəsinin ofisində axtarış keçirib.



Oliqarx Əliyevi dindirməsi bu il iyunun 20-də Sant-Peterburqun əsasən azərbaycanlıların nəzarətində olan Sofiysk meyvə-tərəvəz bazasında 27 yaşlı Emil Hüseynov tərəfindən güllələnmiş 43 yaşlı Marif İsmayılovun qətli ilə bağlıdır. Emil İsmayılovu güllələdikdən sonra bazardan qaçmaq istəsə də digər azərbaycanlılar onu yaxalayıblar və qəddarcasına döyərək qətl sifarişini kimdən aldığını soruşublar. Bu kadrlar internetdə yayılıb.

Bildirilir ki, həmin vaxt Emil Hüseynov bir neçə dəfə “Vaqif” deyə qışqırıb. Bəs bu hansı Vaqif ola bilər? Belə məlum olur ki, söhbət bir ayrısından yox, Sankt-Peterburqdakı azərbaycanlı diasporunun liderindən, məşhur milyarder Vaqif Məmişovdan gedir.



Həmin qətllə bağlı müstəntiqlər artıq Məmişovun özünü də dindiriblər. Bundan başqa “Viləş” QSC adlı şirkətin direktoru Maşkür Qasımov da iş üzrə dindirilib. O, Məmişovun yaxın adamı və işgüzar partnyorudur. İlkin məlumatlara görə qətldən bir neçə gün əvvəl Məmişov Emil Hüseynovla bir neçə dəfə görüşüb. Belə informasiyalar var ki, Hüseynovun qardaşı Elçinin Maşkür Qasımovla münaqişəsi olub. Lakin digər tərəfdən Sayad Əliyevin özü Məmişovla qatı düşməndir. Onların düşmənçiliyi yerli mətbuatın səhifələrinə qədər gedib çıxıb.

F.İsmayılov dünən Lənkəran rayonu, Boradi kənd qəbiristanlığında yayda qətlə yetirilmiş qardaşı Maarifin qəbrinin yanında dəfn edilib.

Criminal.az
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.