Moskvada dəhşət: azərbaycanlı ata və oğul yandırıldı

24-12-2016, 12:00   


Moskvada azərbaycanlı ata və oğul içki məclisində dostları tərəfindən yandırılıb. APA TV-nin məlumatına görə, hadisə dekabrın 15-də baş verib.

Azərbaycanlı 27 yaşlı oğul və 48 yaşlı ata, həmçinin 27 yaşlı yerli sakin dostları ilə içki məclisində olarkən aralarında mübahisə düşüb və həmin şəxs onların üstünə tez alışan maye tökərək hər üçünü yandırıb. Zərərçəkmişlər 50-60 faiz yanğın xəsarəti ilə xəstəxanaya çatdırılıblar. 48 yaşlı azərbaycanlı dekabrın 19-da ölüb.

Faktla bağlı cinayət işi açılıb. Cinayətkarın tutulması istiqamətində iş aparılır.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.