Suriyaya uçan Rusiya təyyarəsi Qara dənizə düşdü, göyərtədə 9 jurnalist və musiqiçilərin də olduğu bildirilir - YENİLƏNİB

25-12-2016, 10:45   

Suriyaya uçan Rusiya təyyarəsi Qara dənizə düşdü, göyərtədə 9 jurnalist və musiqiçilərin də olduğu bildirilir - YENİLƏNİB
Suriyaya uçan Rusiya təyyarəsi Qara dənizə düşdü, göyərtədə 9 jurnalist və musiqiçilərin də olduğu bildirilir - YENİLƏNİB
Rusiya Müdafiə Nazirliyinə aid Tu-154 təyyarəsinin qəzaya uğradığı rayona Mi-8 vertolyotu göndərilib. Soçidə Ka-32, Gelencikdə isə daha bir Mi-8 vertolyotu hazır vəziyyətə gətirilib.

Virtualaz.org xəbər verir ki, Qara dənizdə təyyarənin axtarışlarına 7 gəmi cəlb olunub. Təyyarənin yerli vaxtla saat 05.30-da havaya qalxdığı və 20 dəqiqə sonra radarlardan itdiyi bildirilir.

Rusiyanın müdafiə naziri Sergey Şoyqu axtarış-xilasetmə əməliyyatlarını videokonfrans vasitəsilə silahlı qüvvələrin rəhbərliyi ilə koordinasiya edir. Təyyarənin axtarışlarına Cənub hərbi dairəsinin bütün xilasedici dəstələri cəlb olunub.

Göyərtədə cəmi 91 nəfərin, o cümlədən səkkiz ekipaj üzvünün olduğu bildirilir. Təyyarənin sərnişinləri arasında cəmi 9 jurnalist, habelə Aleksandr adına mahnı və rəqs ansamblının musuqiçiləri də olub. Onlar Rusiyanın Suriyadakı Hmeymim aviabazasında dislokasiya olunmuş hərbçiləri Yeni il münasibətilə təbrik etmək üçün gedirmiş.

İlkin məlumata görə təyyarənin qəzaya uğramasına texniki nasazlıq və ya pilot səhvi səbəb ola bilərdi. Son məlumata görə, təyyarənin qalıqları Qara dənizdə aşkar edilib.

*****
10.22

Rusiya MN radardan itən təyyarənin göyərtəsində Aleksandrov adına ansamblın musiqiçilərinin və jurnalistlər olduğunu təsdiqləyib.

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, Rusiya Müdafiə Nazirliyi “Tu-154” təyyarəsinin göyərtəsində hərbçilər, Aleksandrov adına ansamblın musiqiçiləri və 9 jurnalist olub.

Musiqiçilər Suriyanın Xmeymim aerodromunda Yeni il bayramı münasibəti ilə konsert proqrammı ilə çıxış etməyi planlaşdırıbmış.

Qeyd edək ki, bu gün Rusiya Müdafiə Nazirliyinə məxsus “Tu-154” təyyarəsi yerli vaxtla saat 05.40 (Bakı vaxtı ilə saat 06.40) radələrində Soçinin Adler aerodromundan hava qalxdıqdan qısa müddət sonra radardan itib. Təyyarədə 83 sərnişin və 8 heyət üzvü olub.

***

saat 09.26

Bu gün yerli vaxtla saat 05.40 radələrində Soçinin Adler aerodromundan Suriyanın Xmeymim aerodromuna uçan, hava qalxdıqdan sonra radardan itən Tu-154 təyyarəsinin göyərtəsinə 83 sərnişin və 8 heyət üzvü olub.

APA-nın məlumatına görə, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

TASS agentliyi bəzi mənbələrə istinadən təyyarəsinin göyərtəsində Aleksandrov adına ansamblın musiqiçiləri və jurnalistlərin olduğu barədə məlumat yayıb. Musiqiçilər Xmeymim aerodromunda Yeni il konsert proqrammı ilə çıxış etməyi planlaşdırıbmış.

***

saat 08.39

Rusiya Müdafiə Nazirliyinə məxsus “Tu-154” təyyarəsi Soçidən uçuş edərkən radarlardan itib.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, təyyarənin göyərtəsində 86 nəfər olub.

İlkin məlumata görə, təyyarə Suriyanın Latakiya bölgəsinə uçurmuş.

Məlumata görə, təyyarə havaya qalxdıqdan 20 dəqiqə sonra radarlardan itib.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.