Moskva kənarında yerləşən Sosenskoe qəsəbəsində baş verən dəhşətli hadisənin təfərrüatı məlum olub. Lent.az-ın Rusiya KİV-ə istinadən məlumatına görə, hadisə nəticəsində yanaraq ağır vəziyyətdə xəstəxanaya düşənlərdən biri azərbaycanlı gənc, digər isə onunu sevgilisi imiş. Hadisənin ən dəhşətli tərəfi isə odur ki, onları azərbaycanlı gəncin atası yandırıb.
Polisin ilkin araşdırması zamanı məlum olub ki, 47 yaşlı Nail və oğlu tikintidə işləyirmiş. Nailin oğlu Beslan isə Sosenskoe qəsəbə sakini olan Yulya adlı qızla sevgiliymiş. Həmin gün Beslan Yulyanı atasıyla tanış etmək üçün yaşadıqları evə gətirib. Gənc oğlan atasına bildirib ki, onlar tezliklə evlənəcəklər. Bundan sonra hər üçü bir yerdə məclis qurublar. Bir qədər sonra Beslan siqaret çəkmək üçün bayıra çıxıb. Geri qayıdanda isə gördüyü səhnədən dəhşətə gəlib: atası Yulyanı çarpayıya uzadıb zorlamaq istəyirmiş.
Atasının üstünə qışqıraraq onu geri itələyən Beslan qızı götürüb getmək istəyib. Bu vaxt Nail otaqda olan benzin kanistrini onların üstünə tökərək yanğın törədib. Eyni zamanda benzin onun da paltarına sıçrayıb. Gənclər yanan evi tərk etməyə macal tapıblar. Nail isə sərxoş olduğundan bayıra çıxa bilməyərək yanaraq ölüb.
Amma Beslan və Yulya da ağır xəsarət alıblar. Hər ikisinin bədənində çoxlu yanıq izləri var və vəziyyətlər orta ağır kimi qiymətləndirilir.
***
Moskva kənarında yerləşən Sosenskoe qəsəbəsində dəhşətli hadisə baş verib. Lent.az-ın Rusiya KİV-ə istinadən məlumatına görə, adıgedən qəsəbənin “Potapovskaya roşa” adlanan hissəsində yerləşən evlərin birində naməlum cinayətkar 3 nəfəri yandırıb. Onlardan ikisi - ata və oğul Azərbaycan vətəndaşlarıdır. Zərərçəkənlər ağır vəziyyətdə xəstəxanaya çatdırılsalar da, 47 yaşlı atanı xilas etmək mümkün olmayıb.
Faktla bağlı cinayət işi qaldırılır. Hadisəni törədən şəxs axtarılır.
[media=https://www.youtube.com/watch?v=EofK5ImZWZA]