İstanbulda faciəvi şəkildə həyatını itirən tələbə ilə bağlı maraqlı məqamlar üzə çıxıb. Criminal.az saytına daxil olan məlumata görə, ''Cip''də düşdüyü yol qəzasında dünyasını dəyişən Fərman Məmmədli yüksək vəzifəli məmurun oğludur.
F.Məmmədli iki gün əvvəl 10 MM 090 Azərbaycan nömrə nişanlı "Cip"lə gecə saat 02:30 radələrində Ədirnə istiqamətində gedən yolda qəza törədib. Yüngül qəza zamanı Məmmədov və onunla birlikdə olan sevgilisi heç bir xəsarət almayıblar. Daha sonra Məmmədov sevgilisini taksi ilə yola salıb.
Özü isə polisə və evuakatora xəbər verib. F.Məmmədov arxadan gələn avtomobillərə xəbərdarlıq etmək məqsədilə yol-nəqliyyat nişanını qoymaq üçün maşından düşüb. Bu zaman arxa tərəfdən gələn 34 NS 6981 nömrəli avtomobil onu vurub. Sürücü Yasin S. polisə və təcili tibbi yardıma xəbər verib.
Lakin F.Məmmədov hadisə yerində ölüb. F.Məmmədov İstanbulda özəl universitetlərin birində inşaat mühəndisliyi ixtisası üzrə təhsil alırmış.
Criminal.az saytına daxil olan məlumata görə, F.Məmmədli "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin nəzdində təsərrüfathesablı Tikilməkdə Olan Obyektlərin Müdirliyində müavini vəzifəsində çalışırmış. Fərman isə 3 bacının bir qardaşı idi.
F.Məmmədlinin cənazəsi Bakıya gətirilərək dəfn olunub.