Bakıda arvadını baltalayaraq öldürən şəxsin cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Milli Məclisin Aparatında sektor müdiri işləmiş Fəridə Məcidovanı qətlə yetirən Məzahir Qasımiı hakim qarşısına çıxarılıb.
Musavat.com xəbər verir ki, Məzahir Qasıminin cinayət işi üzrə məhkəmə prosesi Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əlövsət Abbasovun sədrliyi ilə məhkəmənin hazırlıq iclası keçirilib.
M.Qasıminin anket məlumatları dəqiqləşdirilib. Məhkəmənin baxış iclası yanvarın 5-nə təyin edilib.
Xatırladaq ki, hadisə bu il sentyabrın 9-da Səbail rayonu Bayıl qəsəbəsi, Xanlar küçəsi ev 10, mənzil 4 ünvanında baş verib. M.Qasımi həyat yoldaşı Fəridə Məcidovaya balta ilə xəsarət yetirib. Qadın aldığı xəsarətdən hadisə yerindəcə keçinib.
Qətlə yetirilən F.Məcidova Milli Məclisin Aparatında sektor müdiri vəsifəsində çalışıb. Ötən il yaşı ilə əlaqədar təqaüdə göndərilən F.Məcidova ümumən 30 il Milli Məclis aparatında müxtəlif vəzifələrdə işləyib.
Qətlin baş vermə səbəbi kimi mərhumla həyat yoldaşı arasında ev üstündə olan mübahisə göstərilir.
İlkin Muradov
Musavat.com