ABŞ 35 Rusiya dilomatını Vaşinqton və San Fransiskodan çıxarır.
Musavat.com-un xarici mediaya istinadən xəbər verir ki, rus diplomatlarına ölkəni tərk etmək üçün 72 saat vaxt qoyulub.
“Reuters” Agentliyinin yüksək çinli Amerika məmuruna istinadən yaydığı məlumata görə, Rusiyada Amerika diplomatına təcavüz olunmasına cavab olaraq ABŞ 35 diplomatın ölkədən qovulmasına qərar verib. Bundan əlavə, Nyu-York və Merilenddəki Rusiya nümayəndələrinin bağlanması qərarı da qətiləşdirilib.
Qeyd edək ki, Donald Trampın prezident seçkilərində qalib gəlməsi Moskvanı xeyli ümidləndirmişdi. Ancaq münasibətlərin getdikcə kritikləşməsi göz önündədir.
Musavat.com